Fərz və camaat namazları

Camaat namazını qılmaq üçün məscidləri ziyarət edənlər

عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: إِنَّ لِلْمَسَاجِدِ أَوْتَادًا الْمَلاَئِكَةُ جُلَسَاؤُهُمْ، إِنْ غَابُوا يَفْتَقِدُونَهُمْ، وَإِنْ مَرِضُوا عَادُوهُمْ، وَإِنْ كَانُوا فِي حَاجَةٍ أَعَانُوهُمْ. وَقَالَ: جَلِيسُ الْمَسْجِدِ عَلَى ثَلاَثِ خِصَالٍ: أَخٍ مُسْتَفَادٍ ، أَوْ كَلِمَةٍ مُحْكَمَةٍ ، أَوْ رَحْمَةٍ مُنْتَظَرَةٍ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, daim məscidlərə gələn (insanlar) var ki, mələklər bu insanlarla oturub-durarlar. (Həmin insanlar) gəlmədikdə mələklər onları axtararlar. Xəstələndikdə (mələklər) onları ziyarət edər, hər hansı ehtiyacları olduqda isə onlara yardım edərlər”. Sonra buyurdu: “Məsciddə oturan üç məqsədlə - qardaşından faydalanmaq, hikmətli söz eşitmək və ya Allahın rəhmətini gözləmək üçün oturar“.”

Əbu Hureyra
Səhih

Qeyd

Əhməd, 9414, 9424. Hədis həsən-səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 329.

İstinad

Fəzilətli əməllər, 142 (Kitab 4, 29)

Fəzilətli əməllər — Fərz və camaat namazları