Camaat namazını qılmaq üçün məscidləri ziyarət edənlər
عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَا تَوَطَّنَ رَجُلٌ مُسْلِمٌ الْمَسَاجِدَ لِلصَّلاَةِ وَالذِّكْرِ إِلاَّ تَبَشْبَشَ اللَّهُ لَهُ كَمَا يَتَبَشْبَشُ أَهْلُ الْغَائِبِ بِغَائِبِهِمْ إِذَا قَدِمَ عَلَيْهِمْ».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Əgər müsəlman bir kişi məscidləri özünə namaz qılmaq və zikr etmək üçün məskən edərsə, qohum-əqrəbası uzaqdan gələni necə qarşılayırsa, Allah da onu elə qarşılayar”.”
Əbu Hureyra
HəsənQeyd
İbn Macə, 800, 849. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 5604.
İstinad
Fəzilətli əməllər, 143 (Kitab 4, 30)
Fəzilətli əməllər — Fərz və camaat namazları