Camaat namazını qılmaq üçün məscidləri ziyarət edənlər
عَنْ أَبِي أُمَامَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنْ مَشَى إِلَى صَلاةٍ مَكْتُوبَةٍ فِي الْجَمَاعَةِ، فَهِي كَحَجَّةٍ، وَمَنْ مَشَى إِلَى صَلاةِ تَطَوُّعٍ فَهِي كَعُمْرَةٍ نافلة )تَامَّةٍ(
“Əbu Umamə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim fərz namazını camaatla qılmaq üçün (məscidə) piyada gedərsə, bu, həcc etmək kimidir. Kim nafilə namazını qılmaq üçün (məscidə) piyada gedərsə, bu, ümrə etmək kimidir”.”
Qeyd
ət-Tabərani “Mucəmul-Kəbir” 7457. əl-Hakim, 4279; ən-Nəsəi “Sunən” 692, 699, 707; Əhməd, 15981, 16077. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6225, 6556.
İstinad
Fəzilətli əməllər, 154 (Kitab 4, 41)
Fəzilətli əməllər — Fərz və camaat namazları