Hər kəs özü üçün qaladığı odu söndürsün!
عَنْ عَبْدِ اللَّهِ بن مَسْعُودٍ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ: يُبْعَثُ مُنَادٍ عِنْدَ حَضْرَةِ كُلِّ صَلاةٍ، فَيَقُولُ: يَا بني آدَمَ، قُومُوا فَأَطْفِئُوا مَا أَوْقَدْتُمْ عَلَى أَنْفُسِكُمْ، فَيَقُومُونَ فَيَتَطَهَّرُونَ وَيُصَلُّونَ الظهر فَيُغْفَرُ لَهُمْ مَا بَيْنَهُمَا فَإِذَا حَضَرَتِ الْعَصْرُ فَمِثْلُ ذَلِكَ، فَإِذَا حَضَرَتِ الْمَغْرِبُ فَمِثْلُ ذَلِكَ، فَإِذَا حَضَرَتِ الْعَتَمَةُ فَمِثْلُ ذَلِكَ، فَيَنَامُونَ فَمُدْلِجٌ فِي خَيْرٍ، وَمُدْلِجٌ فِي شَرٍّ.
“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Hər bir namazın vaxtı gələndə Allah bir carçı (mələk) göndərir və o, belə deyir: “Ey Adəm övladları, özünüz üçün qaladığınız (ocağı) söndürün!” Onlar ayağa qalxaraq dəstəmaz alıb Zöhr namazını qılırlar. (Beləcə) iki namaz arasında olan günahlar bağışlanır. Əsr, Məğrib və İşa namazının vaxtı gələndə də eynilə olur. Beləliklə, bəziləri xeyir içində, bəziləri isə zərər içindədirlər”.”
Qeyd
ət-Tabərani “Mucəmul-Kəbir” 10104, 10252. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 359.
İstinad
Fəzilətli əməllər, 155 (Kitab 4, 42)
Fəzilətli əməllər — Fərz və camaat namazları