Ən xeyirli əməl
عَنْ عَبْدِ اللَّهِ بْنِ حُبْشِىٍّ الْخَثْعَمِىِّ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سُئِلَ أَىُّ الأَعْمَالِ أَفْضَلُ قَالَ «طُولُ الْقِيَامِ». قِيلَ فَأَىُّ الصَّدَقَةِ أَفْضَلُ قَالَ «جُهْدُ الْمُقِلِّ». قِيلَ فَأَىُّ الْهِجْرَةِ أَفْضَلُ قَالَ «مَنْ هَجَرَ مَا حَرَّمَ اللَّهُ عَلَيْهِ». قِيلَ فَأَىُّ الْجِهَادِ أَفْضَلُ قَالَ «مَنْ جَاهَدَ الْمُشْرِكِينَ بِمَالِهِ وَنَفْسِهِ». قِيلَ فَأَىُّ الْقَتْلِ أَشْرَفُ قَالَ «مَنْ أُهْرِيقَ دَمُهُ وَعُقِرَ جَوَادُهُ».
“Abdullah ibn Hubşi əl-Xasami ﵁ rəvayət edir ki, Peyğəmbərdən ﷺ soruşdular: “Ən üstün əməl hansıdır?” O buyurdu: “Namazda qiyamın uzun olması”. Yenə soruşdular: “Ən üstün sədəqə hansıdır?” O buyurdu: “Kasıb olduqda verilən sədəqə”. Yenə soruşdular: “Ən üstün hicrət hansıdır?” O buyurdu: “Allahın haram buyurduğunu tərk etmək”. Yenə soruşdular: “Bəs ən üstün cihad hansıdır?” O buyurdu: “Malı və canı ilə müşriklərlə edilən cihad”. Yenə soruşdular: “Ən şərəfli ölüm hansıdır?” O buyurdu: “Qanı axıdılaraq və atı kəsilərək öldürülən”.”
Qeyd
Əbu Davud, 1451. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 3833.
İstinad
Fəzilətli əməllər, 156 (Kitab 4, 43)
Fəzilətli əməllər — Fərz və camaat namazları