Namazı gözləmək
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ أَبُو الْقَاسِمِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِذَا تَوَضَّأَ أَحَدُكُمْ فِي بَيْتِهِ ثُمَّ أَتَى الْمَسْجِدَ كَانَ فِي صَلاَةٍ حَتَّى يَرْجِعَ، فَلاَ يَقُلْ هَكَذَا وَشَبَّكَ بَيْنَ أَصَابِعِهِ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Əbul-Qasim (yəni Muhəmməd peyğəmbər ﷺ) dedi: “Biriniz evində dəstəmaz alıb məscidə gələrsə, evinə qayıdana qədər namazdakı kimi sayılar. Amma belə etməsin”- deyib, əl barmaqlarını bir-birinə keçirdi”.”
Əbu Hureyra
SəhihQeyd
əl-Hakim, 744. Hədis səhihdir. Bax: Səhih-Cami, 446.
İstinad
Fəzilətli əməllər, 157 (Kitab 4, 44)
Fəzilətli əməllər — Fərz və camaat namazları