Namazı gözləmək
عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مُنْتَظِر الصَلاَة مِنْ بَعْدِ الصَّلاَةِ، كَفَارِسٍ اشْتَدَّ بِهِ فَرَسهُ فِي سَبِيلِ اللهِ عَلَى كَشحهِ، تُصَلِّي عَلَيِهِ مَلاَئِكَةُ اللهِ مَالَمْ يُحْدِثُ أَوْ يَقُوم، وَهُوَ فِي الرِّبَاط الأَكْبَرِ».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir namazdan sonra digər namazı gözləyən Allah yolunda atı ilə bərk çapan süvari kimidir. Onun dəstəmazı pozulmadıqca və ayağa durmadıqca Allahın mələkləri ona xeyir-dua edirlər. O, sərhəddə ən üstün keşik çəkən (kimi) sayılır”.”
Qeyd
Əhməd, 8610. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 450.
İstinad
Fəzilətli əməllər, 162 (Kitab 4, 49)
Fəzilətli əməllər — Fərz və camaat namazları