Fərz və camaat namazları

Namazı gözləmək

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «أَلاَ أُخْبِرُكُمْ بِمَا يَمْحُو اللَّهُ بِهِ الْخَطَايَا وَيَرْفَعُ بِهِ الدَّرَجَاتِ إِسْبَاغُ الْوُضُوءِ عَلَى الْمَكَارِهِ وَكَثْرَةُ الْخُطَا إِلَى الْمَسَاجِدِ وَانْتِظَارُ الصَّلاَةِ بَعْدَ الصَّلاَةِ فَذَلِكُمُ الرِّبَاطُ فَذَلِكُمُ الرِّبَاطُ فَذَلِكُمُ الرِّبَاطُ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizə Allahın günahları nə ilə sildiyini və dərəcələri nə ilə yüksəltdiyini xəbər verimmi? Çətin olsa belə, kamil şəkildə dəstəmaz almaq, məscidlərə doğru addımları çoxaltmaq və bir namazdan sonra digər namazı gözləmək. Bunlar keşiyində durmağa layiq işlərdir! Bunlar keşiyində durmağa layiq işlərdir! Bunlar keşiyində durmağa layiq işlərdir!””

Əbu Hureyra
Səhih

Qeyd

ən-Nəsəi “Sunən” 143-144. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 187.

İstinad

Fəzilətli əməllər, 163 (Kitab 4, 50)

Fəzilətli əməllər — Fərz və camaat namazları