Məğrib namazını vaxtında qılmaq
عَنْ مَرْثَدِ بْنِ عَبْدِ اللَّهِ قَالَ لَمَّا قَدِمَ عَلَيْنَا أَبُو أَيُّوبَ غَازِيًا وَعُقْبَةُ بْنُ عَامِرٍ يَوْمَئِذٍ عَلَى مِصْرَ فَأَخَّرَ الْمَغْرِبَ فَقَامَ إِلَيْهِ أَبُو أَيُّوبَ فَقَالَ لَهُ: مَا هَذِهِ الصَّلاَةُ يَا عُقْبَةُ؟ فَقَالَ: شُغِلْنَا. قَالَ: أَمَا سَمِعْتَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «لاَ تَزَالُ أُمَّتِى بِخَيْرٍ - أَوْ قَالَ عَلَى الْفِطْرَةِ - مَا لَمْ يُؤَخِّرُوا الْمَغْرِبَ إِلَى أَنْ تَشْتَبِكَ النُّجُومُ»
“Rəvayət edilir ki, Mərsəd ibn Adbullah ﵀ demişdir: “Əbu Əyyub cihad üçün bizim yanımıza gələndə, Uqbə ibn Amir həmin vaxt Misir valisi idi. O, Məğrib namazını gecikdirdikdə, Əbu Əyyub durub ona belə dedi: “Bu nə namazdır, ey Uqbə?” O dedi: “Başımız qarışdı”. Əbu Əyyub dedi: “Məgər sən Allah Elçisinin ﷺ: “Ümmətim Məğrib namazını ulduzlar görsənən vaxta qədər gecikdirməyincə xeyir içində - yaxud fitrət üzərində olacaqdır”- buyurduğunu eşitməmisən?!””
Qeyd
Əbu Davud, 418. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 609.
İstinad
Fəzilətli əməllər, 169 (Kitab 4, 56)
Fəzilətli əməllər — Fərz və camaat namazları