Fərz və camaat namazları

İşa və Sübh namazlarını camaatla qılmaq

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ أَبِى عَمْرَةَ قَالَ دَخَلَ عُثْمَانُ بْنُ عَفَّانَ الْمَسْجِدَ بَعْدَ صَلَاةِ الْمَغْرِبِ فَقَعَدَ وَحْدَهُ فَقَعَدْتُ إِلَيْهِ فَقَالَ يَا ابْنَ أَخِي سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَنْ صَلَّى الْعِشَاءَ فِى جَمَاعَةٍ فَكَأَنَّمَا قَامَ نِصْفَ اللَّيْلِ وَمَنْ صَلَّى الصُّبْحَ فِى جَمَاعَةٍ فَكَأَنَّمَا صَلَّى اللَّيْلَ كُلَّهُ ».

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Amra ﵀ demişdir: “Osman ibn Əffan Məğrib namazından sonra məscidə daxil oldu və oturdu. O, tək oturmuşdu, mən də onun yanında oturdum. Osman mənə dedi: “Ey qardaşım oğlu! Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim İşa namazını camaatla qılarsa, gecənin yarısını namaz qılmış kimidir. Kim də Sübh namazını camaatla qılarsa, bütün gecəni namaz qılmış kimidir”.”

Abdur-Rahmən ibn Əbu Amra
Səhih

Qeyd

Muslim, 656, 1049, 1523; İbn Hibban, 2056.

İstinad

Fəzilətli əməllər, 170 (Kitab 4, 57)

Fəzilətli əməllər — Fərz və camaat namazları