İşa namazının fəziləti
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ صَلَّيْنَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْمَغْرِبَ فَرَجَعَ مَنْ رَجَعَ وَعَقَّبَ مَنْ عَقَّبَ فَجَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مُسْرِعًا قَدْ حَفَزَهُ النَّفَسُ و قَدْ حَسَرَ عَنْ رُكْبَتَيْهِ فَقَالَ «أَبْشِرُوا هَذَا رَبُّكُمْ قَدْ فَتَحَ بَابًا مِنْ أَبْوَابِ السَّمَاءِ يُبَاهِى بِكُمُ الْمَلاَئِكَةَ يَقُولُ انْظُرُوا إِلَى عِبَادِى قَدْ قَضَوْا فَرِيضَةً وَهُمْ يَنْتَظِرُونَ أُخْرَى»
“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Məğrib namazını qıldıqdan sonra bizdən gedən getdi, qalan da qaldı. Birdən Allah Elçisi ﷺ təngənəfəs və dizləri açıq halda tələsik gəldi və dedi: “Sizə müjdə olsun! Budur, Rəbbiniz səma qapılarından birini açmış, mələklərin qarşısında sizinlə öyünərək buyurur: “Qullarıma baxın! Artıq bir fərzi yerinə yetirib digərini gözləyirlər!””
Qeyd
İbn Macə, 801, 850. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 661.
İstinad
Fəzilətli əməllər, 171 (Kitab 4, 58)
Fəzilətli əməllər — Fərz və camaat namazları