Fərz və camaat namazları

Məscidə uzaq yerdən gəlmək

عَنْ أَبِى مُوسَى قَالَ: قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَعْظَمُ النَّاسِ أَجْرًا فِى الصَّلاَةِ أَبْعَدُهُمْ فَأَبْعَدُهُمْ مَمْشًى، وَالَّذِى يَنْتَظِرُ الصَّلاَةَ حَتَّى يُصَلِّيَهَا مَعَ الإِمَامِ أَعْظَمُ أَجْرًا مِنَ الَّذِى يُصَلِّى ثُمَّ يَنَامُ».

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “(Camaatla birlikdə) namaz qıldıqlarına görə ən böyük mükafatı (məscidə gələndə) ən uzaq məsafəni qət edənlər qazanırlar. İmamla birgə namaz qılmaq üçün namazı gözləyənin mükafatı isə namazı qılan kimi yıxılıb-yatan kimsənin mükafatından daha böyükdür”.”

Əbu Musa
Səhih

Qeyd

əl-Buxari, 614, 651.

İstinad

Fəzilətli əməllər, 178 (Kitab 4, 65)

Fəzilətli əməllər — Fərz və camaat namazları