İmamın qıldırdığı namaz
حَدَّثَنَا أَبُو حَازِمٍ قَالَ: كَانَ سَهْلُ بْنُ سَعْدٍ السَّاعِدِىُّ يُقَدِّمُ فِتْيَانَ قَوْمِهِ يُصَلُّونَ بِهِمْ فَقِيلَ لَهُ: تَفْعَلُ وَلَكَ مِنَ الْقِدَمِ مَا لَكَ؟ قَالَ: إِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «الإِمَامُ ضَامِنٌ فَإِنْ أَحْسَنَ فَلَهُ وَلَهُمْ وَإِنْ أَسَاءَ - يَعْنِى - فَعَلَيْهِ وَلاَ عَلَيْهِمْ».
“Rəvayət edilir ki, Əbu Hazim ﵀ demişdir: “Səhl ibn Səd əs-Səidi qövmünün gənclərini namaz qıldırmaq üçün önə keçirərdi. Soruşdular: “Sən yaşlı olduğun halda nəyə görə belə edirsən?” O, belə cavab verdi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “İmam zamindir. Əgər o, (imamlığı) yaxşı edərsə, həm ona, həm də qılanlara savab yazılar. Yox, əgər o, (imamlığı) yaxşı etməzsə, ona (günah) yazılar, qılanlara isə yazılmaz”.”
Qeyd
İbn Macə, 981; əl-Buxari, 653, 694. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1767.
İstinad
Fəzilətli əməllər, 179 (Kitab 4, 66)
Fəzilətli əməllər — Fərz və camaat namazları