Fərz və camaat namazları

Azan verməyin fəziləti

عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ أَنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِنَّ اللَّهَ وَمَلاَئِكَتَهُ يُصَلُّونَ عَلَى الصَّفِّ الْمُقَدَّمِ وَالْمُؤَذِّنُ يُغْفَرُ لَهُ بِمَدِّ صَوْتِهِ وَيُصَدِّقُهُ مَنْ سَمِعَهُ مِنْ رَطْبٍ وَيَابِسٍ وَلَهُ مِثْلُ أَجْرِ مَنْ صَلَّى مَعَهُ»

“əl-Bəra ibn Azib ﵁ rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ buyurdu: “Allah və Onun mələkləri birinci cərgədə duranlara salavat edirlər. Müəzzinin səsinin çatacağı yer qədər günahları bağışlanır. Onun səsini eşidən yaş və quru nə varsa, onu təsdiq edir və ona onunla birlikdə namaz qılanların savabı qədər savab yazılır”.”

əl-Bəra ibn Azib
Səhih

Qeyd

ən-Nəsəi “Sunən” 646, 653. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 235.

İstinad

Fəzilətli əməllər, 192 (Kitab 4, 79)

Fəzilətli əməllər — Fərz və camaat namazları