Azan verməyin fəziləti
عَنْ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي صَعْصَعَةَ ، عَنْ أَبِيهِ ، وَكَانَ أَبُوهُ فِي حَِجْرِ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ , قَالَ : قَالَ لِي أَبُو سَعِيدٍ : إِذَا كُنْتَ فِي الْبَوَادِي ، فَارْفَعْ صَوْتَكَ بِالأَذَانِ ، فَإِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : «لاَ يَسْمَعُهُ جِنٌّ ، وَلاَ إِنْسٌ ، وَلاَ شَجَرٌ ، وَلاَ حَجَرٌ ، إِلاَّ شَهِدَ لَهُ».
“Abdullah ibn Abdur-Rahmən ibn Əbu Sasaə atasından ﵀ rəvayət edir ki, atası Əbu Səid əl-Xudrinin dizinin dibində böyümüşdü, Əbu Səid ona belə dedi: “Obada olduğun zaman azanı yüksək səslə oxu! Çünki mən Allah Elçisinin belə buyurduğunu eşitmişəm: “Müəzzinin səsini eşidən elə bir cin, insan, ağac və daş yoxdur ki, (Qiyamət günü) ona şahidlik etməsin”.”
Qeyd
İbn Macə, 723, 772. Hədis səhihdir. Bax: Səhih Sunən İbn Macə, 591.
İstinad
Fəzilətli əməllər, 193 (Kitab 4, 80)
Fəzilətli əməllər — Fərz və camaat namazları