Fərz və camaat namazları

Azan verməyin fəziləti

عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : سَمِعْتُ مِنْ فِي رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : «الْمُؤَذِّنُ يُغْفَرُ لَهُ مَدَّ صَوْتِهِ وَيَسْتَغْفِرُ لَهُ كُلُّ رَطْبٍ وَيَابِسٍ وَشَاهِدُ الصَّلاَةِ يُكْتَبُ لَهُ خَمْسٌ وَعِشْرُونَ حَسَنَةً وَيُكَفَّرُ عَنْهُ مَا بَيْنَهُمَا».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Səsinin çatdığı yerə qədər müəzzinin günahları bağışlanır. (Onu eşidən) yaş və quru olan hər bir şey onun üçün bağışlanma diləyir. Camaatla namaz qılana isə iyirmi beş savab yazılır və iki namaz arasındakı günahları bağışlanır”.”

Əbu Hureyra
Səhih

Qeyd

İbn Macə, 724, 773; Əbu Davud, 528. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 667.

İstinad

Fəzilətli əməllər, 194 (Kitab 4, 81)

Fəzilətli əməllər — Fərz və camaat namazları