Azan verməyin fəziləti
عَنِ ابْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ «مَنْ أَذَّنَ ثِنْتَىْ عَشْرَةَ سَنَةً وَجَبَتْ لَهُ الْجَنَّةُ وَكُتِبَ لَهُ بِتَأْذِينِهِ فِى كُلِّ يَوْمٍ سِتُّونَ حَسَنَةً وَلِكُلِّ إِقَامَةٍ ثَلاَثُونَ حَسَنَةً».
“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim on iki il azan oxuyarsa, Cənnət ona vacib olar. Hər gün ona oxuduğu azana görə altmış, hər iqaməyə görə otuz savab yazılar”.”
İbn Ömər
SəhihQeyd
İbn Macə, 728, 777. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 678.
İstinad
Fəzilətli əməllər, 195 (Kitab 4, 82)
Fəzilətli əməllər — Fərz və camaat namazları