Fərz və camaat namazları

Peyğəmbər ﷺ məscidinin fəziləti

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ: «مَنْ جَاءَ مَسْجِدِي هَذَا، لَمْ يَأْتِهِ إِلاَّ لِخَيْرٍ يَتَعَلَّمُهُ أَوْ يُعَلِّمُهُ، فَهُوَ بِمَنْزِلَةِ الْمُجَاهِدِ فِي سَبِيلِ اللَّهِ، وَمَنْ جَاءَ لِغَيْرِ ذَلِكَ فَهُوَ بِمَنْزِلَةِ الرَّجُلِ يَنْظُرُ إِلَى مَتَاعِ غَيْرِهِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim mənim bu məscidimə yalnız xeyir öyrənmək və ya öyrətmək məqsədilə gələrsə, o kimsə Allah yolunda savaşan mücahidin mərtəbəsindədir. Kim də bundan başqa bir məqsədlə gələrsə, özgəsinin var-dövlətinə baxan adamın vəziyyətindədir”.”

Əbu Hureyra
Səhih

Qeyd

İbn Macə, 227, 233. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 87.

İstinad

Fəzilətli əməllər, 202 (Kitab 4, 89)

Fəzilətli əməllər — Fərz və camaat namazları