Məscidul-Haramda (Kəbə olan məsciddə) qılınan namazın fəziləti
عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ قَالَ : قَالَ رَسُوْلُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ: «صَلاَةٌ فِي مَسْجِدِي هَذَا أَفْضَلُ مِنْ أَلْفِ صَلاَةٍ فِيْمَا سِوَاهُ إِلاَّ الْمَسْجِدَ الْحَرَامَ، وَصَلاَةٌ فِي الْمَسْجِدِ الْحَرَامِ أَفْضَلُ مِنْ مَائَةِ أَلْفِ صَلاَةٍ فِيْمَا سِوَاهُ»
“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mənim bu məscidimdə qılınan namaz Məscidul-Həram istisna olmaqla başqa məscidlərdə qılınan min namazdan daha fəzilətlidir. Məscidul-Haramda qılınan namaz isə digər məscidlərdə qılınan yüz min namazdan daha fəzilətlidir”.”
Qeyd
Əhməd, 15271, 15306; İbn Macə, 1406. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3838.
İstinad
Fəzilətli əməllər, 203 (Kitab 4, 90)
Fəzilətli əməllər — Fərz və camaat namazları