Nafilə namazlarının fəziləti
عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ بِقَبْرٍ فَقَالَ: «مَنْ صَاحِبُ هَذَا الْقَبْرِ؟» فَقَالُوا فُلاَن، فَقَالَ: «رَكْعَتَانِ أَحَبَّ إِلَى هَذَا مِنْ بَقِيَّةِ دُنْيَاكُمْ».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir gün Allah Elçisi ﷺ bir qəbrin yanından keçərkən soruşdu: “Bu kimin qəbridir?” Səhabələr dedilər: “Filankəsin”. O buyurdu: “İki rükət namaz bunun üçün dünyanızda qalan (hər şeydən) daha sevimlidir”.”
Əbu Hureyra
SəhihQeyd
ət-Tabərani “Mucəmul-Əvsat” 920. Hədis həsən-səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 391.
İstinad
Fəzilətli əməllər, 205 (Kitab 5, 1)
Fəzilətli əməllər — Nafilə namazlar