Nafilə namazlar

Nafilə namazlarının fəziləti

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «الصَّلاَةُ خَيرُ مَوْضُوعٍ، فَمَنِ اسْتَطَاعَ أَنْ يَسْتَكْثِرَ فَلْيَسْتَكْثِر».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Namaz əmr olunanların ən xeyirlisidir. Kim çox qılmağı bacarırsa, çox qılsın!””

Əbu Hureyra
Həsən

Qeyd

ət-Tabərani “Mucəmul-Əvsat” 243. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 3870. Burada namazı “çox qılsın” dedikdə, sünnədə olan namazlar qəsd olunur. Dəlil olmadan qılınan əlavə namazlar bidət sayılır.

İstinad

Fəzilətli əməllər, 206 (Kitab 5, 2)

Fəzilətli əməllər — Nafilə namazlar