Vitr namazı
عَنْ جَابِرٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ خَافَ أَنْ لَا يَقُومَ مِنْ آخِرِ اللَّيْلِ فَلْيُوتِرْ أَوَّلَهُ وَمَنْ طَمِعَ أَنْ يَقُومَ آخِرَهُ فَلْيُوتِرْ آخِرَ اللَّيْلِ فَإِنَّ صَلَاةَ آخِرِ اللَّيْلِ مَشْهُودَةٌ وَذَلِكَ أَفْضَلُ
“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Vitr namazını gecənin axır vaxtında qıla bilməməsindən ehtiyat edərsə, onu gecənin ilk vaxtında qılsın. Kim də gecənin axır vaxtında qılmaq istəyərsə, onu gecənin axır vaxtında qılsın. Çünki gecənin axır vaxtında qılınan namazın şahidləri olur və bu daha fəzilətlidir”.”
Qeyd
Muslim, 1255, 1802.
İstinad
Fəzilətli əməllər, 220 (Kitab 5, 16)
Fəzilətli əməllər — Nafilə namazlar