Vitr namazı
عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لأَبِى بَكْرٍ «أَىَّ حِينٍ تُوتِرُ» قَالَ أَوَّلَ اللَّيْلِ بَعْدَ الْعَتَمَةِ. قَالَ «فَأَنْتَ يَا عُمَرُ». فَقَالَ آخِرَ اللَّيْلِ. فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «أَمَّا أَنْتَ يَا أَبَا بَكْرٍ فَأَخَذْتَ بِالْوُثْقَى وَأَمَّا أَنْتَ يَا عُمَرُ فَأَخَذْتَ بِالْقُوَّةِ».
“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ Əbu Bəkrə belə dedi: “Vitri nə vaxt qılırsan?” Əbu Bəkr dedi: “Gecənin əvvəlində, İşadan sonra”. Sonra Ömərə dedi: “Bəs sən, ey Ömər?” Ömər dedi: “Gecənin sonunda”. Peyğəmbər ﷺ buyurdu: “Sən, ey Əbu Bəkr, işinə ehtiyatlı yanaşmısan. Sən isə, ey Ömər, işinə əzmkarlıqla yanaşmısan”.”
Qeyd
İbn Macə, 1202, 1258. Hədis həsən-səhihdir. Bax: Səhih Sunən İbn Macə, 988.
İstinad
Fəzilətli əməllər, 221 (Kitab 5, 17)
Fəzilətli əməllər — Nafilə namazlar