Nafilə namazlar

Duha namazı

عَنِ الْقَاسِمِ الشَّيْبَانِىِّ أَنَّ زَيْدَ بْنَ أَرْقَمَ رَأَى قَوْمًا يُصَلُّونَ مِنَ الضُّحَى فَقَالَ أَمَا لَقَدْ عَلِمُوا أَنَّ الصَّلاَةَ فِى غَيْرِ هَذِهِ السَّاعَةِ أَفْضَلُ. إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «صَلاَةُ الأَوَّابِينَ حِينَ تَرْمَضُ الْفِصَالُ»...«لا يُحَافِظُ عَلَى صَلاَةِ الضُّحَى إِلاَّ أَوَّاب». قَالَ: «وَهِيَ صَلاَةُ الأَوَّابِينَ».

“Rəvayət edilir ki, Qasim əş-Şeybani ﵀ demişdir: “Zeyd ibn Ərqam bir dəstə adamın Duha namazını qıldığını gördü və dedi: “Məgər onlar bu namazın bu saatdan daha əfzəl bir vaxtı olduğunu bilmirlərmi?! Həqiqətən, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allaha üz tutanların namazı, istidən dəvə balasının ayaqlarının yandığı (günəş şüalarının bədəni qızışdırdığı) vaxtdır”. Digər rəvayətdə deyilir: “Duha namazına yalnız Allaha üz tutan riayət edər. O, Allaha üz tutanların namazıdır”.”

Qasim əş-Şeybani
Həsən

Qeyd

əl-Hakim, 1182. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 7628, Silsilə əs-Səhihə, 703.

İstinad

Fəzilətli əməllər, 229 (Kitab 5, 25)

Fəzilətli əməllər — Nafilə namazlar