Nafilə namazlar

Duha namazı

عَنْ أَبِي ذَرٍّ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ يُصْبِحُ عَلَى كُلِّ سُلَامَى مِنْ أَحَدِكُمْ صَدَقَةٌ فَكُلُّ تَسْبِيحَةٍ صَدَقَةٌ وَكُلُّ تَحْمِيدَةٍ صَدَقَةٌ وَكُلُّ تَهْلِيلَةٍ صَدَقَةٌ وَكُلُّ تَكْبِيرَةٍ صَدَقَةٌ وَأَمْرٌ بِالْمَعْرُوفِ صَدَقَةٌ وَنَهْيٌ عَنْ الْمُنْكَرِ صَدَقَةٌ وَيُجْزِئُ مِنْ ذَلِكَ رَكْعَتَانِ يَرْكَعُهُمَا مِنْ الضُّحَى

“Əbu Zərr ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən biri hər bir oynağı (vətəri, sümüyü) bir sədəqə borcu olduğu halda səhərə çıxır. Hər təsbih (“Subhə:n-Allah” demək) sədəqədir, hər təhmid (“Əlhəmdulilləh” demək) sədəqədir, hər təhlil (“lə: ilə:hə illəllah” demək) sədəqədir, hər təkbir (“Allahu Əkbər” demək) sədəqədir. Yaxşı işlər görməyi əmr etmək sədəqədir, pis əməllərdən çəkindirmək sədəqədir. Duha vaxtı qılınan iki rükət namaz isə bunların hamısını əvəz edir”.”

Əbu Zərr
Səhih

Qeyd

Muslim, 720, 1181, 1704.

İstinad

Fəzilətli əməllər, 230 (Kitab 5, 26)

Fəzilətli əməllər — Nafilə namazlar