Nafilə namazlar

Duha namazı

عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو قَالَ: بَعَثَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَرِيَّهً فَغَنِمُوا وَأَسْرَعُوا الرَّجْعَةَ، فَتْحَدَّثَ النَّاسُ بِقُرْبِ مَغْزَاهُمْ وَكَثْرَةِ غَنِيْمَتهمْ وَسُرْعَة رجْعَتهمْ، فَقَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَلاَ أَدلُّكُمْ عَلَى أَقْرَبِ مِنْهُ مَغْزَى، وَأَكْثَرُ غَنِيْمَةً وَأَوْشَكُ رَجْعَهً؟ مَنْ تَوَضَّأ ثُمَّ غَدَا إِلَى الْمَسْجِدِ لِسبْحَةِ الضُّحَى فَهُوَ أَقْرَبُ مَغْزَى وَأَكْثَرُ غَنِيمَةً وَأَوْشَكُ رَجْعَهً».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ bir dəstəni döyüşə göndərdi. Dəstə qənimət əldə edib qısa bir müddətdə geriyə qayıtdı. İnsanlar onların necə çoxlu qənimət əldə etmələri və qısa bir müddətdə qayıtmaları haqqında danışırdılar. Allah Elçisi ﷺ belə buyurdu: “Sizə onlardan daha yaxın döyüşü, daha çox qəniməti, daha qısa müddətdə geri dönməyi göstərimmi? Kim dəstəmaz alar, sonra Duha namazını qılmaq üçün məscidə gedərsə, bu, daha xeyirli döyüş, daha çox qənimət və daha qısa müddətdə geri dönməkdir”.”

Abdullah ibn Amr
Səhih

Qeyd

Əhməd, 6638. Hədis həsən-səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 668.

İstinad

Fəzilətli əməllər, 231 (Kitab 5, 27)

Fəzilətli əməllər — Nafilə namazlar