Nafilə namazlar

Duha namazı

عَنْ أَبِى أُمَامَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ خَرَجَ مِنْ بَيْتِهِ مُتَطَهِّرًا إِلَى صَلاَةٍ مَكْتُوبَةٍ فَأَجْرُهُ كَأَجْرِ الْحَاجِّ الْمُحْرِمِ وَمَنْ خَرَجَ إِلَى تَسْبِيحِ الضُّحَى لاَ يُنْصِبُهُ إِلاَّ إِيَّاهُ فَأَجْرُهُ كَأَجْرِ الْمُعْتَمِرِ وَصَلاَةٌ عَلَى أَثَرِ صَلاَةٍ لاَ لَغْوَ بَيْنَهُمَا كِتَابٌ فِى عِلِّيِّينَ»

“Əbu Umamə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim dəstəmazlı olaraq fərz namazını qılmaq üçün evindən çıxarsa, onun mükafatı, ihrama girmiş hacının mükafatı kimidir. Kim Duha namazını qılmaq üçün (evindən) çıxar və buna görə yorularsa, onun mükafatı ümrə edənin mükafatı kimidir. Araya boş söz salınmadan fərz namazdan sonra qılınan ikinci fərz namaz İlliyyunda yazılır“.”

Əbu Umamə
Həsən

Qeyd

Əbu Davud, 558. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 6228.

İstinad

Fəzilətli əməllər, 232 (Kitab 5, 28)

Fəzilətli əməllər — Nafilə namazlar