Duha namazı
عَنْ عَائِشَةَ قَالَتْ: صَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الضُّحَى ثُمَّ قَالَ: اللَّهُمَّ اغْفِرْ لِي، وَتُبْ عَلَيَّ، إِنَّكَ أَنْتَ التَّوَّابُ الرَّحِيمُ، حَتَّى قَالَهَا مِئَةَ مَرَّةٍ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ Duha namazını qıldıqdan sonra yüz dəfə: “Allahım, məni bağışla, mənim tövbəmi qəbul et! Şübhəsiz ki, Sən tövbələri Qəbul Edənsən, Rəhmlisən! - (Alla:humməğ-firli, va tub aleyyə, innəkə əntət-Təvva:bur-Rahi:m)”- demişdir”.”
Aişə
SəhihQeyd
əl-Buxari “Ədəbul-Mufrad” 619. Hədisin isnadı səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 483.
İstinad
Fəzilətli əməllər, 233 (Kitab 5, 29)
Fəzilətli əməllər — Nafilə namazlar