Qiyamı uzun olan namaz
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو سَعِيدٍ الأَشَجُّ قَالاَ حَدَّثَنَا وَكِيعٌ عَنِ الأَعْمَشِ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- « أَيُحِبُّ أَحَدُكُمْ إِذَا رَجَعَ إِلَى أَهْلِهِ أَنْ يَجِدَ فِيهِ ثَلاَثَ خَلِفَاتٍ عِظَامٍ سِمَانٍ ». قُلْنَا نَعَمْ. قَالَ « فَثَلاَثُ آيَاتٍ يَقْرَأُ بِهِنَّ أَحَدُكُمْ فِى صَلاَتِهِ خَيْرٌ لَهُ مِنْ ثَلاَثِ خَلِفَاتٍ عِظَامٍ سِمَانٍ ».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz evinə qayıtdıqda orada üç ədəd iri, ətli və hamilə dəvə tapmasını istəyirmi?” Biz: “Bəli”- dedik. Allah Elçisi ﷺ buyurdu: “Birinizin namazda oxuduğu üç ayə onun üçün iri, ətli və hamiləliyi bilinən üç dəvədən daha xeyirlidir”.”
Qeyd
Muslim, 1335, 1908; İbn Məcə, 3782.
İstinad
Fəzilətli əməllər, 237 (Kitab 5, 33)
Fəzilətli əməllər — Nafilə namazlar