Davudun ﵇ namazı
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَهُ: «أَحَبُّ الصَّلاَةِ إِلَى اللَّهِ صَلاَةُ دَاوُدَ عَلَيْهِ السَّلامُ وَأَحَبُّ الصِّيَامِ إِلَى اللَّهِ صِيَامُ دَاوُدَ، وَكَانَ يَنَامُ نِصْفَ اللَّيْلِ وَيَقُومُ ثُلُثَهُ وَيَنَامُ سُدُسَهُ، وَيَصُومُ يَوْمًا وَيُفْطِرُ يَوْمًا».
“Abdullah ibn Amr ibn əl-As ﵄ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ ona belə dedi: “Allahın ən çox xoşuna gələn namaz Davudun ﵇ qıldığı namaz, ən çox xoşuna gələn oruc isə Davudun tutduğu orucdur. Davud gecənin yarısını yatar, sonra qalxıb onun üçdə birini namaz qılar, sonra da yerdə qalan altıda birini yatardı. Orucu da günaşırı tutardı”.”
Qeyd
əl-Buxari, 1063, 1131; Muslim, 1969-1970, 2796-2797.
İstinad
Fəzilətli əməllər, 238 (Kitab 5, 34)
Fəzilətli əməllər — Nafilə namazlar