Nafilə namazlar

Təsabih namazı

عَبْدُ اللَّهِ بْنُ عَمْرٍو قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «ائْتِنِى غَدًا أَحْبُوكَ وَأُثِيبُكَ وَأُعْطِيكَ». حَتَّى ظَنَنْتُ أَنَّهُ يُعْطِينِى عَطِيَّةً قَالَ «إِذَا زَالَ النَّهَارُ فَقُمْ فَصَلِّ أَرْبَعَ رَكَعَاتٍ». فَذَكَرَ نَحْوَهُ قَالَ «تَرْفَعُ رَأْسَكَ - يَعْنِى مِنَ السَّجْدَةِ الثَّانِيَةِ - فَاسْتَوِ جَالِسًا وَلاَ تَقُمْ حَتَّى تُسَبِّحَ عَشْرًا وَتَحْمَدَ عَشْرًا وَتُكَبِّرَ عَشْرًا وَتُهَلِّلَ عَشْرًا ثُمَّ تَصْنَعُ ذَلِكَ فِى الأَرْبَعِ رَكَعَاتٍ». قَالَ «فَإِنَّكَ لَوْ كُنْتَ أَعْظَمَ أَهْلِ الأَرْضِ ذَنْبًا غُفِرَ لَكَ بِذَلِكَ». قُلْتُ فَإِنْ لَمْ أَسْتَطِعْ أَنْ أُصَلِّيَهَا تِلْكَ السَّاعَةَ قَالَ «صَلِّهَا مِنَ اللَّيْلِ وَالنَّهَارِ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ mənə: “Sabah yanıma gəl, sənə hədiyyə verim, səni mükafatlandırım“- deyə buyurdu, mən də elə güman etdim ki, o mənə hədiyyə verəcək. O dedi: “Günortadan sonra dörd rükət namaz qıl. İkinci səcdədən sonra başını qaldırıb qamətini düzəldərək otur və on dəfə “subhə:n-Allah”, on dəfə “əlhəmdulilləh”, on dəfə “Alla:hu Əkbər” və on dəfə “lə: ilə:hə illəllah” demədən ayağa qalxma! Sonra bunları dörd rükətdə edirsən. Əgər sən yer üzünün ən böyük günahkarı olsan belə, bağışlanarsan”. Mən dedim: “Bəs mən onu həmin vaxtda qıla bilməsəm necə?” Peyğəmbər ﷺ buyurdu: “Gecə və gündüz (istədiyin vaxtda) qıl”.”

Abdullah ibn Amr
Səhih

Qeyd

Əbu Davud, 1300. Hədis həsən-səhihdir. Bax: Səhih və Daif Sunən Əbu Davud, 1298.

İstinad

Fəzilətli əməllər, 239 (Kitab 5, 35)

Fəzilətli əməllər — Nafilə namazlar