Evdən çıxdıqda və evə girdikdə qılınan namaz
عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "إِذَا خَرَجْتَ مِنْ مَنْزِلكَ فَصَلِّ رَكْعَتَيْنِ يَمْنَعانِكَ مِنْ مَخْرَجَ السّوءِ، وَإِذَا دَخَلْتَ إلَى مَنْزِلَكَ فَصَلِّ رَكْعَتَيْنِ يَمْنَعانِكَ مِنْ مَدْخَلَ السّوءِ".
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Evindən çıxdıqda iki rükət namaz qıl, bu səni çöldəki pisliklərdən qoruyar. Evinə daxil olduqda da iki rükət namaz qıl, bu da səni evdəki pis hadisələrdən qoruyar”.”
Əbu Hureyra
HəsənQeyd
əl-Bəzzər, 8567; əl-Beyhəqi “Şuabul-İman” 3078. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1323.
İstinad
Fəzilətli əməllər, 241 (Kitab 5, 37)
Fəzilətli əməllər — Nafilə namazlar