Çoxlu səcdə etmək
حَدَّثَنِي مَعْدَانُ بْنُ أَبِي طَلْحَةَ الْيَعْمَرِيُّ قَالَ لَقِيتُ ثَوْبَانَ مَوْلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ أَخْبِرْنِي بِعَمَلٍ أَعْمَلُهُ يُدْخِلُنِي اللَّهُ بِهِ الْجَنَّةَ أَوْ قَالَ قُلْتُ بِأَحَبِّ الْأَعْمَالِ إِلَى اللَّهِ فَسَكَتَ ثُمَّ سَأَلْتُهُ فَسَكَتَ ثُمَّ سَأَلْتُهُ الثَّالِثَةَ فَقَالَ سَأَلْتُ عَنْ ذَلِكَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ عَلَيْكَ بِكَثْرَةِ السُّجُودِ لِلَّهِ فَإِنَّكَ لَا تَسْجُدُ لِلَّهِ سَجْدَةً إِلَّا رَفَعَكَ اللَّهُ بِهَا دَرَجَةً وَحَطَّ عَنْكَ بِهَا خَطِيئَةً
“Mədan ibn Əbu Talha əl-Yə'məri ﵀ demişdir: “Allah Elçisinin ﷺ köləlikdən azad etdiyi Səvban adlı səhabəsi ilə görüşdüm və ona dedim: “Mənə elə bir əməl haqqında xəbər ver ki, ona əməl etdiyim təqdirdə Allah məni Cənnətə daxil etsin!” O susdu. Mən yenə soruşduqda, o, yenə də susdu. Üçüncü dəfə soruşduqda, o dedi: “Mən də bu haqda Allah Elçisindən ﷺ soruşdum, o da belə cavab verdi: “Allaha çoxlu səcdə etməyə diqqət yetir. Şübhəsiz ki, sən Allah üçün hər dəfə səcdə etdikdə, onun sayəsində Allah səni bir dərəcə yüksəldir və bir günahını silir”.”
Qeyd
Muslim, 488, 753, 1121.
İstinad
Fəzilətli əməllər, 242 (Kitab 5, 38)
Fəzilətli əməllər — Nafilə namazlar