Gecə vaxtı namaz qılmaq
عَنِ ابْنِ مَسْعُودٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «عَجِبَ رَبُّنَا عَزَّ وَجَلَّ مِنْ رَجُلَيْنِ رَجُلٍ ثَارَ عَنْ وِطَائِهِ وَلِحَافِهِ مِنْ بَيْنِ أَهْلِهِ وَحَيِّهِ إِلَى صَلاَتِهِ فَيَقُولُ رَبُّنَا أَيَا مَلاَئِكَتِى انْظُرُوا إِلَى عَبْدِى ثَارَ مِنْ فِرَاشِهِ وَوِطَائِهِ وَمِنْ بَيْنِ حَيِّهِ وَأَهْلِهِ إِلَى صَلاَتِهِ رَغْبَةً فِيمَا عِنْدِى وَشَفَقَةً مِمَّا عِنْدِى. وَرَجُلٍ غَزَا فِى سَبِيلِ اللَّهِ عَزَّ وَجَلَّ فَانْهَزَمُوا فَعَلِمَ مَا عَلَيْهِ مِنَ الْفِرَارِ وَمَا لَهُ فِى الرُّجُوعِ فَرَجَعَ حَتَّى أُهَرِيقَ دَمُهُ رَغْبَةً فِيمَا عِنْدِىعَزَّ وَجَلَّ وَشَفَقَةً مِمَّا عِنْدِى فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ لِمَلاَئِكَتِهِ انْظُرُوا إِلَى عَبْدِى رَجَعَ رَغْبَةً فِيمَا عِنْدِى وَرَهْبَةً مِمَّا عِنْدِى حَتَّى أُهَرِيقَ دَمُهُ»
“İbn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Rəbbimiz ﷿ iki kişiyə təəccüblənir. (Onlardan biri) o kişidir ki, yatağından qalxıb ailəsini tərk edərək namaza durur. Rəbbimiz buyurur: “Ey mələklərim, Mənim quluma baxın! O, yatağından qalxıb ailəsini tərk edərək, dərgahımda olan (mükafata) can ataraq və dərgahımda olan (əzabdan) qorxaraq namaza durur”. Həmçinin, o kişi ki, Allahın ﷿ yolunda döyüşə gedir və (döyüş yoldaşları) darmadağın edildiyi halda döyüşdən qaçmağın haram olduğunu və döyüşə qayıtmağın onun xeyrinə olduğunu bilərək, qayıdıb Allahın ﷿ dərgahında olana can ataraq və Onun dərgahında olandan qorxaraq son damla qanı tökülənə qədər döyüşür. Allah ﷿ mələklərinə buyurur: “Mənim quluma baxın! O, dərgahımda olan (mükafata) can ataraq və dərgahımda olan (əzabdan) qorxaraq qayıtdı və son damla qanı tökülənə qədər döyüşdü”.”
Qeyd
Əhməd, 3753, 3949, 4028. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1251.
İstinad
Fəzilətli əməllər, 243 (Kitab 5, 39)
Fəzilətli əməllər — Nafilə namazlar