Gecə vaxtı namaz qılmaq
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «رَحِمَ اللَّهُ رَجُلاً قَامَ مِنَ اللَّيْلِ فَصَلَّى وَأَيْقَظَ امْرَأَتَهُ فَصَلَّتْ فَإِنْ أَبَتْ نَضَحَ فِى وَجْهِهَا الْمَاءَ رَحِمَ اللَّهُ امْرَأَةً قَامَتْ مِنَ اللَّيْلِ فَصَلَّتْ وَأَيْقَظَتْ زَوْجَهَا فَإِنْ أَبَى نَضَحَتْ فِى وَجْهِهِ الْمَاءَ».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Gecə vaxtı yatağından qalxıb namaz qılan və zövcəsini namaza oyadan, oyanmadığı təqdirdə isə onun üzünə su çiləyən kişiyə Allah rəhm etsin! Habelə, gecə vaxtı yatağından qalxıb namaz qılan, ərini namaza oyadan, oyanmadığı təqdirdə isə onun üzünə su çiləyən qadına Allah rəhm etsin!””
Qeyd
Əbu Davud, 1450, 1452. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 1230.
İstinad
Fəzilətli əməllər, 244 (Kitab 5, 40)
Fəzilətli əməllər — Nafilə namazlar