Nafilə namazlar

Dəstəmaz namazı

حَدَّثَنِى أَبِى بُرَيْدَةُ قَالَ أَصْبَحَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَدَعَا بِلاَلاً فَقَالَ «يَا بِلاَلُ بِمَ سَبَقْتَنِى إِلَى الْجَنَّةِ مَا دَخَلْتُ الْجَنَّةَ قَطُّ إِلاَّ سَمِعْتُ خَشْخَشَتَكَ أَمَامِى دَخَلْتُ الْبَارِحَةَ الْجَنَّةَ فَسَمِعْتُ خَشْخَشَتَكَ أَمَامِى فَأَتَيْتُ عَلَى قَصْرٍ مُرَبَّعٍ مُشَرَّفٍ مِنْ ذَهَبٍ فَقُلْتُ لِمَنْ هَذَا الْقَصْرُ فَقَالُوا لِرَجُلٍ مِنَ الْعَرَبِ فَقُلْتُ أَنَا عَرَبِىٌّ لِمَنْ هَذَا الْقَصْرُ قَالُوا لِرَجُلٍ مِنْ قُرَيْشٍ قُلْتُ أَنَا قُرَشِىٌّ لِمَنْ هَذَا الْقَصْرُ قَالُوا لِرَجُلٍ مِنْ أُمَّةِ مُحَمَّدٍ قُلْتُ أَنَا مُحَمَّدٌ لِمَنْ هَذَا الْقَصْرُ قَالُوا لِعُمَرَ بْنِ الْخَطَّابِ». فَقَالَ بِلاَلٌ يَا رَسُولَ اللَّهِ مَا أَذَّنْتُ قَطُّ إِلاَّ صَلَّيْتُ رَكْعَتَيْنِ وَمَا أَصَابَنِى حَدَثٌ قَطُّ إِلاَّ تَوَضَّأْتُ عِنْدَهَا وَرَأَيْتُ أَنَّ لِلَّهِ عَلَىَّ رَكْعَتَيْنِ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «بِهِمَا».

“Rəvayət edilir ki, Əbu Bureydə ﵁ demişdir: “Bir dəfə səhər vaxtı Allah Elçisi ﷺ Bilalı çağırdı və ona dedi: “Ey Bilal! Hansı əmələ görə Cənnətə girməkdə məni qabaqladın? Mən nə vaxt (yuxuda) Cənnətə girdimsə, hər dəfə önümdə sənin xışıltını (ayaq səsini) eşitdim. Dünən Cənnətə girmişdim, önümdə (yenə) sənin xışıltını eşitdim və qızıldan düzəldilmiş, dörd tərəfi eyvanlı bir saraya gəldim və dedim: “Bu saray kimindir?” Mənə dedilər: “Bir ərəbindir”. Dedim: “Mən ərəbəm, bu saray kimindir?” Dedilər: “Qureyşli bir kişinin”. Dedim: “Mən Qureyşliyəm, bu saray kimindir?” Dedilər: “Muhəmməd ümmətindən bir kişinin”. Dedim: “Mən Muhəmmədəm, bu saray kimindir?” Dedilər: “Ömər ibn əl-Xattabın”. Bilal dedi: “Ey Allahın Elçisi! Mən nə vaxt azan verdimsə, iki rükət namaz qıldım və nə vaxt dəstəmazım pozuldusa, dəstəmaz aldım və Allah üçün bu iki rükət namaza riayət etdim (heç vaxt tərk etmədim)”. Allah Elçisi ﷺ dedi: “Elə bu iki şeyə görə (Cənnətə məndən öncə girirsən)”.”

Əbu Bureydə
Səhih

Qeyd

ət-Tirmizi, 3689, 4053. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1326.

İstinad

Fəzilətli əməllər, 249 (Kitab 5, 45)

Fəzilətli əməllər — Nafilə namazlar