Dəstəmaz namazı
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لِبِلاَلٍ عِنْدَ صَلاَةِ الْغَدَاةِ «يَا بِلاَلُ حَدِّثْنِى بِأَرْجَى عَمَلٍ عَمِلْتَهُ عِنْدَكَ فِى الإِسْلاَمِ مَنْفَعَةً فَإِنِّى سَمِعْتُ اللَّيْلَةَ خَشْفَ نَعْلَيْكَ بَيْنَ يَدَىَّ فِى الْجَنَّةِ». قَالَ بِلاَلٌ مَا عَمِلْتُ عَمَلاً فِى الإِسْلاَمِ أَرْجَى عِنْدِى مَنْفَعَةً مِنْ أَنِّى لاَ أَتَطَهَّرُ طُهُورًا تَامًّا فِى سَاعَةٍ مِنْ لَيْلٍ وَلاَ نَهَارٍ إِلاَّ صَلَّيْتُ بِذَلِكَ الطُّهُورِ مَا كَتَبَ اللَّهُ لِى أَنْ أُصَلِّىَ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ Sübh namazı vaxtı Bilala belə buyurdu: “Ey Bilal, mənə İslamda sənə fayda verəcəyinə daha çox ümid bəslədiyin bir əməlini söylə! Çünki mən bu gecə Cənnətdə qarşımda sənin səndəlinin tıqqıltısını eşitdim”. Bilal dedi: “Gecənin və gündüzün hər hansı bir vaxtı tam şəkildə dəstəmaz alaraq Allahın mənə yazdığı qədər namaz qılmağımdan başqa İslamda mənə fayda verəcəyinə daha çox ümid bəslədiyim bir əməl etmədim”.”
Qeyd
Muslim, 4497, 6478.
İstinad
Fəzilətli əməllər, 250 (Kitab 5, 46)
Fəzilətli əməllər — Nafilə namazlar