Namazda on, yüz və min ayə oxuyanın savabı
عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ قَامَ بِعَشْرِ آيَاتٍ لَمْ يُكْتَب مِنَ الْغَافِلِين، وَمَنْ قَامَ بِمِئَةِ آيَةٍ كُتِبَ مِنَ الْقَانِتِين، وَمَنْ قَامَ بِأَلْفِ آيَةٍ كُتِبَ مِنَ الْمُقَنْطَرِين».
“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim (gecə namazında) on ayə oxuyarsa, qafillərdən yazılmaz. Kim yüz ayə oxuyarsa, Allaha müti olanlardan yazılar. Kim min ayə oxuyarsa, savabı qintarlarla yazılar”.”
Abdullah ibn Amr
HəsənQeyd
Əbu Davud, 1398, 1400. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 1201.
İstinad
Fəzilətli əməllər, 251 (Kitab 5, 47)
Fəzilətli əməllər — Nafilə namazlar