Nafilə namazlar

Namazda on, yüz və min ayə oxuyanın savabı

عَن أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ صَلَّى فِي لَيْلَةٍ بِمِائَةِ آيَةٍ، لَمْ يُكْتَبْ مِنَ الْغَافِلِينَ، وَمَنْ صَلَّى فِي لَيْلَةٍ بِمِائَتَيْ آيَةٍ، فَإِنَّهُ يُكْتَبُ مِنَ الْقَانِتِينَ الْمخَلصِّينَ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bir gecədə yüz ayə oxuyaraq namaz qılarsa, qafillərdən yazılmaz və kim bir gecədə iki yüz ayə oxuyaraq namaz qılarsa, o, müti və ixlaslı kimsələrdən yazılar”.”

Əbu Hureyra
Səhih

Qeyd

əl-Hakim, 1161. Silsilə əs-Səhihə, 2/141, hədis: 642.

İstinad

Fəzilətli əməllər, 252 (Kitab 5, 48)

Fəzilətli əməllər — Nafilə namazlar