Cümə

Cümə gününün fəziləti

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «نَحْنُ الآخِرُونَ السَّابِقُونَ يَوْمَ الْقِيَامَةِ، بَيْدَ أَنَّهُمْ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِنَا، ثُمَّ هَذَا يَوْمُهُمُ الَّذِى فُرِضَ عَلَيْهِمْ فَاخْتَلَفُوا فِيهِ، فَهَدَانَا اللَّهُ، فَالنَّاسُ لَنَا فِيهِ تَبَعٌ، الْيَهُودُ غَدًا وَالنَّصَارَى بَعْدَ غَدٍ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ Allah Elçisinin ﷺ belə dediyini eşitmişdir: “Hərçənd onlara bizdən əvvəl Kitab verilmişdir, lakin biz sonuncular Qiyamət günü birinci olacağıq. Onlar özlərinə fərz buyurulmuş bu günləri barəsində ixtilafa düşdülər. Lakin Allah bizi (bu günü ehtiramla keçirməyə) müvəffəq etdi və bu xüsusda insanlar bizim ardımızca gəldilər, yəhudilər sabahkı günü, xristianlar isə ondan sonrakı günü (təntənə ilə qeyd edirlər)”.”

Əbu Hureyra
Səhih

Qeyd

əl-Buxari, 827, 876.

İstinad

Fəzilətli əməllər, 258 (Kitab 6, 2)

Fəzilətli əməllər — Cümə