Kitab 6

Cümə

23

hədis

Fəsil 1

Cümə gününün fəziləti

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «أَفْضَلُ الْأَيَّامِ عِنْدَ اللهِ يَوْمُ الْجُمُعَةِ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah dərgahında ən fəzilətli gün Cümə günüdür”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 257 (Kitab 6, 1)

Qeyd

əl-Beyhəqi “Şuabul-İman” 2783. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1098.

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «نَحْنُ الآخِرُونَ السَّابِقُونَ يَوْمَ الْقِيَامَةِ، بَيْدَ أَنَّهُمْ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِنَا، ثُمَّ هَذَا يَوْمُهُمُ الَّذِى فُرِضَ عَلَيْهِمْ فَاخْتَلَفُوا فِيهِ، فَهَدَانَا اللَّهُ، فَالنَّاسُ لَنَا فِيهِ تَبَعٌ، الْيَهُودُ غَدًا وَالنَّصَارَى بَعْدَ غَدٍ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ Allah Elçisinin ﷺ belə dediyini eşitmişdir: “Hərçənd onlara bizdən əvvəl Kitab verilmişdir, lakin biz sonuncular Qiyamət günü birinci olacağıq. Onlar özlərinə fərz buyurulmuş bu günləri barəsində ixtilafa düşdülər. Lakin Allah bizi (bu günü ehtiramla keçirməyə) müvəffəq etdi və bu xüsusda insanlar bizim ardımızca gəldilər, yəhudilər sabahkı günü, xristianlar isə ondan sonrakı günü (təntənə ilə qeyd edirlər)”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 258 (Kitab 6, 2)

Qeyd

əl-Buxari, 827, 876.

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ذَكَرَ يَوْمَ الْجُمُعَةِ فَقَالَ فِيهِ سَاعَةٌ لَا يُوَافِقُهَا عَبْدٌ مُسْلِمٌ وَهُوَ يُصَلِّي يَسْأَلُ اللَّهَ شَيْئًا إِلَّا أَعْطَاهُ إِيَّاهُ زَادَ قُتَيْبَةُ فِي رِوَايَتِهِ وَأَشَارَ بِيَدِهِ يُقَلِّلُهَا

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Cümə günü haqqında danışdı və belə buyurdu: “Cümə günündə elə bir saat var ki, hər hansı müsəlman bəndə namazda həmin saatda Allahdan bir şey istəyərsə, Allah ona istədiyini verər”. Ravi Quteybə əli ilə işarə edərək saatın qısa bir vaxt olduğunu göstərdi”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 259 (Kitab 6, 3)

Qeyd

Muslim, 852, 1406, 2006.

عَنْ أَنَسِ بْنِ مَالِكٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ «الْتَمِسُوا السَّاعَةَ الَّتِى تُرْجَى فِى يَوْمِ الْجُمُعَةِ بَعْدَ الْعَصْرِ إِلَى غَيْبُوبَةِ الشَّمْسِ».

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Duaların qəbul olunacağı vaxtı axtarın! Ümid edilir ki, bu, Cümə günü Əsrdən sonra günəş batana qədər olan vaxtdadır”.”

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 260 (Kitab 6, 4)

Qeyd

ət-Tirmizi, 489, 491. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2583.

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «خَيْرُ يَوْمٍ طَلَعَتْ فِيهِ الشَّمْسُ يَوْمُ الْجُمُعَةِ فِيهِ خُلِقَ آدَمُ) وَفِيهِ أُدْخِلَ الْجَنَّةَ وَفِيهِ أُخْرِجَ مِنْهَا( وَفِيهِ أُهْبِطَ وَفِيهِ تِيبَ عَلَيْهِ وَفِيهِ مَاتَ وَفِيهِ تَقُومُ السَّاعَةُ وَمَا مِنْ دَابَّةٍ إِلاَّ وَهِىَ مُسِيخَةٌ يَوْمَ الْجُمُعَةِ مِنْ حِينَ تُصْبِحُ حَتَّى تَطْلُعَ الشَّمْسُ شَفَقًا مِنَ السَّاعَةِ إِلاَّ الْجِنَّ وَالإِنْسَ وَفِيهِ سَاعَةٌ لاَ يُصَادِفُهَا عَبْدٌ مُسْلِمٌ وَهُوَ يُصَلِّى يَسْأَلُ اللَّهَ حَاجَةً إِلاَّ أَعْطَاهُ إِيَّاهَا». قَالَ كَعْبٌ ذَلِكَ فِى كُلِّ سَنَةٍ يَوْمٌ. فَقُلْتُ بَلْ فِى كُلِّ جُمُعَةٍ. قَالَ فَقَرَأَ كَعْبٌ التَّوْرَاةَ فَقَالَ صَدَقَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ. قَالَ أَبُو هُرَيْرَةَ ثُمَّ لَقِيتُ عَبْدَ اللَّهِ بْنَ سَلاَمٍ فَحَدَّثْتُهُ بِمَجْلِسِى مَعَ كَعْبٍ فَقَالَ عَبْدُ اللَّهِ بْنُ سَلاَمٍ قَدْ عَلِمْتُ أَيَّةَ سَاعَةٍ هِىَ. قَالَ أَبُو هُرَيْرَةَ فَقُلْتُ لَهُ فَأَخْبِرْنِى بِهَا. فَقَالَ عَبْدُ اللَّهِ بْنُ سَلاَمٍ هِىَ آخِرُ سَاعَةٍ مِنْ يَوْمِ الْجُمُعَةِ. فَقُلْتُ كَيْفَ هِىَ آخِرُ سَاعَةٍ مِنْ يَوْمِ الْجُمُعَةِ وَقَدْ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «لاَ يُصَادِفُهَا عَبْدٌ مُسْلِمٌ وَهُوَ يُصَلِّى». وَتِلْكَ السَّاعَةُ لاَ يُصَلَّى فِيهَا. فَقَالَ عَبْدُ اللَّهِ بْنُ سَلاَمٍ أَلَمْ يَقُلْ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنْ جَلَسَ مَجْلِسًا يَنْتَظِرُ الصَّلاَةَ فَهُوَ فِى صَلاَةٍ حَتَّى يُصَلِّىَ». قَالَ فَقُلْتُ بَلَى. قَالَ هُوَ ذَاكَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Günəşin üzərinə doğduğu ən xeyirli gün Cümə günüdür. O gün Adəm yaradılmış, (həmin gün Adəm yaradılmış, Cənnətə daxil edilmiş və oradan çıxarılmışdır), o gün yer üzünə endirilmiş, o gün tövbəsi qəbul edilmiş və o gün vəfat etmişdir. Qiyamət günü də o gün qopacaq. Cin və insanlardan başqa elə bir canlı yoxdur ki, Cümə günü dan yeri ağarandan günəş çıxana qədər Qiyamətin qopmasına görə qorxu içində gözləməsinlər. Bu gündə elə bir saat var ki, müsəlman bir qul həmin saatda namaz qılarkən Allahdan dilədiyini Allah ona verər”. Kəb dedi: “Bu, hər ildə bir gündür”. Mən dedim: “Xeyr, hər Cümədir”. Kəb Tövratı oxudu və dedi: “Peyğəmbər ﷺ doğru söyləyib”. Əbu Hureyra dedi: “Bundan sonra mən Abdullah ibn Salamla rastlaşdım. Ona Kəblə olan söhbəti dedim. Abdullah ibn Salam dedi: “Mən o saatın hansı saat olduğunu bilirəm”. Əbu Hureyra dedi: “Mən dedim: “Elə isə mənə də söylə!” O dedi: “Cümə gününün son saatıdır”. Mən dedim: “Bu necə ola bilər?! Axı Allah Elçisi ﷺ: “Müsəlman bir qul həmin saatda namaz qılarkən...”- deyib, bu son saatda isə namaz qılınmaz”. Abdullah ibn Səlam dedi: “Allah Elçisi ﷺ: “Namaz qılmaq üçün bir yerdə oturub gözləyən şəxs namaz qılıncaya qədər namazdadır”- deyə buyurmayıbmı?!” Mən: “Bəli”- dedim. O da buyurdu: “Bu da belədir”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 261 (Kitab 6, 5)

Qeyd

Əbu Davud, 1048. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1359.

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ «يَوْمُ الْجُمُعَةِ ثِنْتَا عَشْرَةَ». يُرِيدُ سَاعَةً «لاَ يُوجَدُ مُسْلِمٌ يَسْأَلُ اللَّهَ عَزَّ وَجَلَّ شَيْئًا إِلاَّ آتَاهُ اللَّهُ عَزَّ وَجَلَّ فَالْتَمِسُوهَا آخِرَ سَاعَةٍ بَعْدَ الْعَصْرِ».

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cümə günü on ikidir”- o, bununla saatı qəsd edirdi - “(həmin vaxtda) Allaha ﷿ dua edən elə bir müsəlman yoxdur ki, Allah ﷿ (dilədiyini) ona verməsin. Siz (o vaxtı) Əsrdən sonra son saatda axtarın”.”

Cabir ibn Abdullah
SəhihFəzilətli əməllər, 262 (Kitab 6, 6)

Qeyd

ən-Nəsəi “Sunən” 1372, 1389, 1400. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 8190.

عَنْ أَبِي مُوسَى الأَشْعَرِيِّ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ اللَّهَ يَبْعَثُ الأَيَّامَ يَوْمَ الْقِيَامَةِ عَلَى هَيْأَتِهَا، وَيَبْعَثُ الْجُمُعَةَ زَهْرَاءَ مُنِيرَةً، أَهْلُهَا يَحُفُّونَ بِهَا كَالْعَرُوسِ تُهْدَى إِلَى كَرِيمِهَا تُضِيءُ لَهُمْ ، يَمْشُونَ فِي ضَوْئِهَا، أَلْوَانُهُمْ كَالثَّلْجِ بَيَاضًا، وَرِيحُهُمْ يَسْطَعُ كَالْمِسْكِ، يَخُوضُونَ فِي جِبَالِ الْكَافُورِ، يَنْظُرُ إِلَيْهِمُ الثَّقَلانِ لاَ يُطْرِقُونَ تَعَجُّبًا حَتَّى يَدْخُلُونَ الْجَنَّةَ، لاَ يُخَالِطُهُمْ أَحَدٌ إِلاَّ الْمُؤَذِّنُونَ الْمُحْتَسِبُونَ».

“Rəvayət edilir ki, Əbu Musa əl-Əşari ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allah Qiyamət günü günləri olduğu kimi gətirəcək. Cümə gününü isə parlaq və nurlu halda gətirəcək. Gəlin bəzədilib bəyə təhvil verilirmiş kimi, Cümə əhli onu dövrəyə alacaq. Onlara işıq saçacaq və onun işığının ardınca gedəcəklər. Rəngləri buz kimi ağ olacaq, qoxuları müşk ətri verəcək, kəfur ağacları ilə örtülü dağlarda gəzəcəklər, ta Cənnətə girənə kimi insanlar və cinlər təəccübdən gözlərini onlardan çəkməyəcəklər. Onların toplumuna Allahdan savab uman müəzzinlərdən başqa heç kəs qarışa bilməyəcək”.”

Əbu Musa əl-Əşari
SəhihFəzilətli əməllər, 263 (Kitab 6, 7)

Qeyd

əl-Hakim, 1027; İbn Xuzeymə, 1730. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 706.

Fəsil 2

Cümə namazının fəziləti

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ «مَنِ اغْتَسَلَ يَوْمَ الْجُمُعَةِ وَمَسَّ مِنْ طِيبِ امْرَأَتِهِ - إِنْ كَانَ لَهَا - وَلَبِسَ مِنْ صَالِحِ ثِيَابِهِ ثُمَّ لَمْ يَتَخَطَّ رِقَابَ النَّاسِ وَلَمْ يَلْغُ عِنْدَ الْمَوْعِظَةِ كَانَتْ كَفَّارَةً لِمَا بَيْنَهُمَا وَمَنْ لَغَا وَتَخَطَّى رِقَابَ النَّاسِ كَانَتْ لَهُ ظُهْرًا».

“Abdullah ibn Amr ibn əl-As ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Cümə günü qüsl edib, zövcəsinin olsa belə, ətirindən vuraraq gözəl libas geyinsə, sonra (məscidə gəlib) insanların çiyinləri üzərindən keçməsə, xütbə verilərkən danışmasa, (bu, onun üçün) iki Cümə arasındakı günahlara kəffarə olar. Kim də xütbə verilərkən danışsa və insanların çiyinləri üzərindən keçsə, (qıldığı namaz) onun üçün Zöhr namazı olar”.”

Abdullah ibn Amr ibn əl-As
SəhihFəzilətli əməllər, 264 (Kitab 6, 8)

Qeyd

Əbu Davud, 347. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6067.

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ ثُمَّ أَتَى الْجُمُعَةَ فَاسْتَمَعَ وَأَنْصَتَ غُفِرَ لَهُ مَا بَيْنَهُ وَبَيْنَ الْجُمُعَةِ وَزِيَادَةُ ثَلَاثَةِ أَيَّامٍ وَمَنْ مَسَّ الْحَصَى فَقَدْ لَغَا

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim gözəl bir şəkildə dəstəmaz alıb Cümə namazına gələr və (xütbəni) sakitcə dinləyərsə, iki Cümə arasındakı və əlavə olaraq üç günlük günahları bağışlanar. Kim (xütbə verilərkən) çınqıl daşları ilə oynayarsa, boş və mənasız bir şey etmiş olar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 265 (Kitab 6, 9)

Qeyd

Muslim, 857, 1419; Əbu Davud, 886.

عَنْ أَوْسِ بْنِ أَوْسٍ الثَّقَفِىِّ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «مَنْ غَسَّلَ يَوْمَ الجُمُعَةِ وَاغْتَسَلَ، ثُمَّ بَكَّرَ وَابْتَكَرَ وَمَشَى وَلَمْ يَرْكَبْ وَدَنَا مِنَ الإِمَامِ وَاسْتَمَعَ وَأَنْصَتَ وَلَمْ يَلْغُ كانَ لَهُ بِكُلِّ خَطْوَةٍ يَخْطُوهَا مِنْ بَيْتِهِ إِلَى المَسْجِدِ عَمَلُ سَنَةٍ أَجْرُ صِيَامِهَا وَقِيَامِهَا».

“Rəvayət edilir ki, Əus ibn Əus əs-Səqafi ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim Cümə günü yaxşıca yuyunaraq qüsl edər, tezdən məscidə miniksiz, yeriyərək gedər, imama yaxın oturub onu sakitcə dinləyərsə, evdən məscidə qədər atdığı hər addıma görə ona bir illik oruc və bir illik gecə namazı savabı yazılar”.”

Əus ibn Əus əs-Səqafi
SəhihFəzilətli əməllər, 266 (Kitab 6, 10)

Qeyd

Əbu Davud, 345; İbn Macə, 1087. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1388.

عَنْ سَلْمَانَ الْفَارِسِىِّ قَالَ: قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «لاَ يَغْتَسِلُ رَجُلٌ يَوْمَ الْجُمُعَةِ، وَيَتَطَهَّرُ مَا اسْتَطَاعَ مِنْ طُهْرٍ، وَيَدَّهِنُ مِنْ دُهْنِهِ، أَوْ يَمَسُّ مِنْ طِيبِ بَيْتِهِ ثُمَّ يَخْرُجُ، فَلاَ يُفَرِّقُ بَيْنَ اثْنَيْنِ، ثُمَّ يُصَلِّى مَا كُتِبَ لَهُ، ثُمَّ يُنْصِتُ إِذَا تَكَلَّمَ الإِمَامُ، إِلاَّ غُفِرَ لَهُ مَا بَيْنَهُ وَبَيْنَ الْجُمُعَةِ الأُخْرَى».

“Rəvayət edilir ki, Salman əl-Farisi ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Hər kim Cümə günü qüsl edib bacardığı qədər təmizlənər, (saçlarını) yağlayar və ya evində olan ətirlə ətirlənər, sonra (Cümə namazına) gedər və iki nəfərin arasına ayırmaz, (bir tərəfə çəkilib Allahın) ona yazdığı qədər namaz qılar və bundan sonra imam xütbə verərkən susub dinləyərsə, onun həmin Cümə ilə ötən Cümə arasında olan (kiçik günahları) bağışlanar”.”

Salman əl-Farisi
SəhihFəzilətli əməllər, 267 (Kitab 6, 11)

Qeyd

əl-Buxari, 834, 883.

عَنْ أَبِي عَبْسٍ قَالَ، هُوَ ذَاهِبُ إِلَى الْجُمُعَةِ: سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنِ اغْبَرَّتْ قَدَمَاهُ فِى سَبِيلِ اللَّهِ حَرَّمَهُ اللَّهُ عَلَى النَّارِ».

“Rəvayət edilir ki, Əbu Abs ﵁ Cümə namazına gedərkən demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Kimin ayaqları Allah yolunda toz-torpağa batarsa, Allah ona Cəhənnəm odunu haram edər!””

Əbu Abs
SəhihFəzilətli əməllər, 268 (Kitab 6, 12)

Qeyd

əl-Buxari, 856, 907.

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «يَحْضُرُ الْجُمُعَةَ ثَلاَثَةُ نَفَرٍ رَجُلٌ حَضَرَهَا يَلْغُو وَهُوَ حَظُّهُ مِنْهَا وَرَجُلٌ حَضَرَهَا يَدْعُو فَهُوَ رَجُلٌ دَعَا اللَّهَ عَزَّ وَجَلَّ إِنْ شَاءَ أَعْطَاهُ وَإِنْ شَاءَ مَنَعَهُ وَرَجُلٌ حَضَرَهَا بِإِنْصَاتٍ وَسُكُوتٍ وَلَمْ يَتَخَطَّ رَقَبَةَ مُسْلِمٍ وَلَمْ يُؤْذِ أَحَدًا فَهِىَ كَفَّارَةٌ إِلَى الْجُمُعَةِ الَّتِى تَلِيهَا وَزِيَادَةُ ثَلاَثَةِ أَيَّامٍ وَذَلِكَ بِأَنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَقُولُ }مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا{».

“Abdullah ibn Amr ibn əl-As ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cüməyə üç qisim insan gəlir; biri o kimsədir ki, gəlib (xütbə zamanı) danışır. Onun nəsibi sadəcə budur. Başqa birisi o kimsədir ki, gəlib (xütbə zamanı) dua edir. Bu, Allaha ﷿ dua edən kimsədir. Allah istəsə, ona (dilədiyini) verər, istəməsə də verməz. Həmçinin o kimsədir ki, gəlib heç bir müsəlmanın çiyni üzərindən keçmədən və heç kəsə əziyyət vermədən sakitcə (xütbəni dinləyir). Bu, (onun üçün) növbəti Cüməyədək və əlavə üç günlük günahlara kəffarədir, çünki Allah belə buyurur: “Kim (Qiyamət günü) yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər” (əl-Ənam, 160)”.”

Abdullah ibn Amr
HəsənFəzilətli əməllər, 269 (Kitab 6, 13)

Qeyd

Əbu Davud, 1113, 1115. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 8045.

Fəsil 3

Cümə namazında xütbəni dinləyən və imama yaxın olan

عَنْ سَمُرَةَ بْنِ جُنْدُبٍ قَالَ: أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «احْضُرُوا الذِّكْرَ وَادْنُوا مِنَ الإِمَامِ، فَانَّ الرَّجُلَ لاَ يَزَالُ يَتَبَاعَدُ حَتَّى يُؤَخَّرُ فِي الْجَنَّةِ وَإِنْ دَخَلَهَا».

“Rəvayət edilir ki, Səmura ibn Cundəb ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “(Cümə günü) xütbəni dinləyin və imama yaxın olun! Çünki, insan uzaqlaşmağa davam etdikcə, Cənnətə girsə belə, (onun yüksək mərtəbəsini əldə etməkdə) geridə qalar”.”

Səmura ibn Cundəb
SəhihFəzilətli əməllər, 270 (Kitab 6, 14)

Qeyd

Əhməd, 20130. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 365.

Fəsil 4

Cümə qüslu

عَنْ سَمُرَةَ بْنِ جُندُب قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ :«مَنْ تَوَضَّأَ يَوْمَ الْجُمُعَةِ فَبِهَا وَنِعْمَتْ، وَمَنْ أَغْتَسَلَ فَالْغُسْلُ أَفْضَل».

“Rəvayət edilir ki, Səmura ibn Cundəb ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Cümə günü dəstəmaz alarsa, gözəl etmişdir. Kim qüsl alarsa, bu, daha fəzilətlidir”.”

Səmura ibn Cundəb
HəsənFəzilətli əməllər, 271 (Kitab 6, 15)

Qeyd

ət-Tirmizi, 497, 499; Əbu Davud, 353-354. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 540.

عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ قَالَ: دَخَلَ عَلَىَّ أَبِى وَأَنَا أَغْتَسِلُ يَوْمَ الْجُمُعَةِ فَقَالَ: غُسْلُكَ مِنْ جَنَابَةٍ أَوْ لِلْجُمُعَةِ؟ قَالَ قُلْتُ: مِنْ جَنَابَةٍ. قَالَ: أَعِدْ غُسْلاً آخَرَ، فَإِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنِ اغْتَسَلَ يَوْمَ الْجُمُعَةِ كَانَ فِى طَهَارَةٍ إِلَى الْجُمُعَةِ الأُخْرَى».

“Rəvayət edilir ki, Abdullah ibn Əbu Qatədə ﵀ demişdir: “Mən Cümə günü qüsl alarkən atam içəri daxil oldu və soruşdu: “Sən cənabət qüslu alırsan, yoxsa Cümə qüslu?” Mən: “Cənabət qüslu”- deyə cavab verdim. O dedi: “Əlavə bir qüsl al, çünki mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim Cümə günü qüsl alarsa, növbəti Cüməyə qədər (kiçik günahlardan) təmiz qalar”.”

Abdullah ibn Əbu Qatədə
HəsənFəzilətli əməllər, 272 (Kitab 6, 16)

Qeyd

əl-Beyhəqi “Sunənul-Kubra” 1475; əl-Hakim, 1044; ət-Tabərani “Mucəmul-Əvsat” 8180. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 6065.

Fəsil 5

Cümə gününün ilk saatında məscidə gələn

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنِ اغْتَسَلَ يَوْمَ الْجُمُعَةِ غُسْلَ الْجَنَابَةِ ثُمَّ رَاحَ فَكَأَنَّمَا قَرَّبَ بَدَنَةً، وَمَنْ رَاحَ فِى السَّاعَةِ الثَّانِيَةِ فَكَأَنَّمَا قَرَّبَ بَقَرَةً، وَمَنْ رَاحَ فِى السَّاعَةِ الثَّالِثَةِ فَكَأَنَّمَا قَرَّبَ كَبْشًا أَقْرَنَ، وَمَنْ رَاحَ فِى السَّاعَةِ الرَّابِعَةِ فَكَأَنَّمَا قَرَّبَ دَجَاجَةً، وَمَنْ رَاحَ فِى السَّاعَةِ الْخَامِسَةِ فَكَأَنَّمَا قَرَّبَ بَيْضَةً، فَإِذَا خَرَجَ الإِمَامُ حَضَرَتِ الْمَلاَئِكَةُ يَسْتَمِعُونَ الذِّكْرَ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cənabət qüslu kimi qüsl alıb Cümə gününün ilk saatında məscidə gələn dəvə, ikinci saatında gələn inək, üçüncü saatında gələn buynuzlu qoç, dördüncü saatında gələn toyuq və beşinci saatında gələn yumurta qurban vermiş kimidir. İmam (minbərə) qalxdıqda isə mələklər zikri dinləməyə hazırlaşırlar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 273 (Kitab 6, 17)

Qeyd

əl-Buxari, 832, 881.

Fəsil 6

Cümə günü camaatla qılınan Sübh namazı

عَنْ ابن عُمَر قَالَ رَسُولُ الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَفْضَلَ الصَّلَوَاتِ عِنْدَ اللَّهِ صَلاةُ الصُّبْحِ يَوْمَ الْجُمُعَةِ فِي جَمَاعَةٍ

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah dərgahında ən fəzilətli namaz Cümə günü camaatla qılınan Sübh namazıdır”.”

İbn Ömər
SəhihFəzilətli əməllər, 274 (Kitab 6, 18)

Qeyd

əl-Beyhəqi “Şuabul-İman” 2783. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1566.

Fəsil 7

Cümə günü və ya gecəsi vəfat edən

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَا مِنْ مُسْلِمٍ يَمُوتُ يَوْمَ الْجُمُعَةِ أَوْ لَيْلَةَ الْجُمُعَةِ إِلاَّ وَقَاهُ اللَّهُ فِتْنَةَ الْقَبْرِ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Cümə günü və ya Cümə gecəsi ölən elə bir müsəlman yoxdur ki, Allah onu qəbir fitnəsindən qorumasın”.”

Abdullah ibn Amr
HəsənFəzilətli əməllər, 275 (Kitab 6, 19)

Qeyd

ət-Tirmizi, 1074, 1095. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 1367.

Fəsil 8

Cümə günü deyilən salavat

عَنْ أَبِى أُمَامَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَكْثِرُوا عَلَىَّ مِنَ الصَّلاَةِ فِى كُلِّ يَوْمِ جُمُعَةٍ فَإِنَّ صَلاَةَ أُمَّتِى تُعْرَضُ عَلَىَّ فِى كُلِّ يَوْمِ جُمُعَةٍ، فَمَنْ كَانَ أَكْثَرَهُمْ عَلَىَّ صَلاَةً كَانَ أَقْرَبَهُمْ مِنِّى مَنْزِلَةً».

“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hər Cümə günü mənə çox salavat deyin! Həqiqətən, hər Cümə günü ümmətimin salavatı mənə bildirilir. Kimin salavatı daha çox olarsa, (Qiyamət günü) o, mənə daha yaxın mərtəbədə olacaq”.”

Əbu Umamə
HəsənFəzilətli əməllər, 276 (Kitab 6, 20)

Qeyd

əl-Beyhəqi “Sunənul-Kubra” 5791, 6208, “Şuabul-İman” 3032. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1673.

عَنْ أَنَسٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَكْثِرُوا الصَّلاَةَ عَلَىَّ يَوْمَ الْجُمُعَةِ فإنه أتاني جبريل آنفا عن ربه عَزَّ وَجَلَّ فقال ما على الأرض من مسلم يصلي عليك مرة واحدة إلا صليت أنا وملائكتي عَلَيْهِ عَشْرًا».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Cümə günü mənə çoxlu salavat deyin! Həqiqətən, Cəbrail indicə Rəbbimin ﷿ dərgahından yanıma gəlib Allahın belə dediyini çatdırdı: “Yer üzərində sənə bir dəfə salavat deyən elə bir müsəlman yoxdur ki, Mən və mələklərim ona on dəfə salavat etməyək”.”

Ənəs
HəsənFəzilətli əməllər, 277 (Kitab 6, 21)

Qeyd

əl-Munziri “Tərğib vət-Tərhib” 2568. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1662.

Fəsil 9

Cümə günü cəm olunan əməllər

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ أَنَّهُ سَمِعَ رَسُولَ الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: مَنْ وَافَقَ صِيَامُهُ يَوْمَ الْجُمُعَةِ، وَعَادَ مَرِيضًا، وَشَهِدَ جِنَازَةً، وَتَصَدَّقَ وَأَعْتَقَ، وَجَبَتْ لَهُ الْجَنَّةُ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Kimin orucu Cümə gününə düşər, xəstəyə baş çəkər, cənazəni müşayiət edər, sədəqə verər və qul azad edərsə, Cənnət onun üçün vacib olar”.”

Əbu Səid əl-Xudri
SəhihFəzilətli əməllər, 278 (Kitab 6, 22)

Qeyd

Əbu Yalə, 1043. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1023.

عَنْ أبِي سَعِيدٍ الْخُدْرِيّ أَنَّهُ سَمِعَ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «خَمْسٌ مَنْ عَمِلَهُنَّ فِي يَوْمٍ، كَتَبَهُ اللهُ مِنْ أَهْلِ الْجَنَّةِ: مَنْ عَادَ مَرِيْضاً وَشَهِدَ جَنَازَةً وَصَامَ يَوْماً وَرَاحَ يَوْمَ الْجُمُعَةِ وَأَعْتَقَ رَقَبَةً».

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Kim bir gündə bu beş əməli yerinə yetirərsə, Allah onu Cənnət əhlindən yazar; xəstəyə baş çəkmək, cənazəni müşayiət etmək, oruc tutmaq, Cümə namazına getmək və qul azad etmək”.”

Əbu Səid əl-Xudri
SəhihFəzilətli əməllər, 279 (Kitab 6, 23)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 55, 16485. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1268.