Cümə namazının fəziləti
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ ثُمَّ أَتَى الْجُمُعَةَ فَاسْتَمَعَ وَأَنْصَتَ غُفِرَ لَهُ مَا بَيْنَهُ وَبَيْنَ الْجُمُعَةِ وَزِيَادَةُ ثَلَاثَةِ أَيَّامٍ وَمَنْ مَسَّ الْحَصَى فَقَدْ لَغَا
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim gözəl bir şəkildə dəstəmaz alıb Cümə namazına gələr və (xütbəni) sakitcə dinləyərsə, iki Cümə arasındakı və əlavə olaraq üç günlük günahları bağışlanar. Kim (xütbə verilərkən) çınqıl daşları ilə oynayarsa, boş və mənasız bir şey etmiş olar”.”
Qeyd
Muslim, 857, 1419; Əbu Davud, 886.
İstinad
Fəzilətli əməllər, 265 (Kitab 6, 9)
Fəzilətli əməllər — Cümə