Cümə

Cümə namazının fəziləti

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ «مَنِ اغْتَسَلَ يَوْمَ الْجُمُعَةِ وَمَسَّ مِنْ طِيبِ امْرَأَتِهِ - إِنْ كَانَ لَهَا - وَلَبِسَ مِنْ صَالِحِ ثِيَابِهِ ثُمَّ لَمْ يَتَخَطَّ رِقَابَ النَّاسِ وَلَمْ يَلْغُ عِنْدَ الْمَوْعِظَةِ كَانَتْ كَفَّارَةً لِمَا بَيْنَهُمَا وَمَنْ لَغَا وَتَخَطَّى رِقَابَ النَّاسِ كَانَتْ لَهُ ظُهْرًا».

“Abdullah ibn Amr ibn əl-As ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Cümə günü qüsl edib, zövcəsinin olsa belə, ətirindən vuraraq gözəl libas geyinsə, sonra (məscidə gəlib) insanların çiyinləri üzərindən keçməsə, xütbə verilərkən danışmasa, (bu, onun üçün) iki Cümə arasındakı günahlara kəffarə olar. Kim də xütbə verilərkən danışsa və insanların çiyinləri üzərindən keçsə, (qıldığı namaz) onun üçün Zöhr namazı olar”.”

Abdullah ibn Amr ibn əl-As
Səhih

Qeyd

Əbu Davud, 347. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6067.

İstinad

Fəzilətli əməllər, 264 (Kitab 6, 8)

Fəzilətli əməllər — Cümə