Cümə gününün fəziləti
عَنْ أَبِي مُوسَى الأَشْعَرِيِّ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ اللَّهَ يَبْعَثُ الأَيَّامَ يَوْمَ الْقِيَامَةِ عَلَى هَيْأَتِهَا، وَيَبْعَثُ الْجُمُعَةَ زَهْرَاءَ مُنِيرَةً، أَهْلُهَا يَحُفُّونَ بِهَا كَالْعَرُوسِ تُهْدَى إِلَى كَرِيمِهَا تُضِيءُ لَهُمْ ، يَمْشُونَ فِي ضَوْئِهَا، أَلْوَانُهُمْ كَالثَّلْجِ بَيَاضًا، وَرِيحُهُمْ يَسْطَعُ كَالْمِسْكِ، يَخُوضُونَ فِي جِبَالِ الْكَافُورِ، يَنْظُرُ إِلَيْهِمُ الثَّقَلانِ لاَ يُطْرِقُونَ تَعَجُّبًا حَتَّى يَدْخُلُونَ الْجَنَّةَ، لاَ يُخَالِطُهُمْ أَحَدٌ إِلاَّ الْمُؤَذِّنُونَ الْمُحْتَسِبُونَ».
“Rəvayət edilir ki, Əbu Musa əl-Əşari ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allah Qiyamət günü günləri olduğu kimi gətirəcək. Cümə gününü isə parlaq və nurlu halda gətirəcək. Gəlin bəzədilib bəyə təhvil verilirmiş kimi, Cümə əhli onu dövrəyə alacaq. Onlara işıq saçacaq və onun işığının ardınca gedəcəklər. Rəngləri buz kimi ağ olacaq, qoxuları müşk ətri verəcək, kəfur ağacları ilə örtülü dağlarda gəzəcəklər, ta Cənnətə girənə kimi insanlar və cinlər təəccübdən gözlərini onlardan çəkməyəcəklər. Onların toplumuna Allahdan savab uman müəzzinlərdən başqa heç kəs qarışa bilməyəcək”.”
Qeyd
əl-Hakim, 1027; İbn Xuzeymə, 1730. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 706.
İstinad
Fəzilətli əməllər, 263 (Kitab 6, 7)
Fəzilətli əməllər — Cümə