Cümə

Cümə gününün fəziləti

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ «يَوْمُ الْجُمُعَةِ ثِنْتَا عَشْرَةَ». يُرِيدُ سَاعَةً «لاَ يُوجَدُ مُسْلِمٌ يَسْأَلُ اللَّهَ عَزَّ وَجَلَّ شَيْئًا إِلاَّ آتَاهُ اللَّهُ عَزَّ وَجَلَّ فَالْتَمِسُوهَا آخِرَ سَاعَةٍ بَعْدَ الْعَصْرِ».

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cümə günü on ikidir”- o, bununla saatı qəsd edirdi - “(həmin vaxtda) Allaha ﷿ dua edən elə bir müsəlman yoxdur ki, Allah ﷿ (dilədiyini) ona verməsin. Siz (o vaxtı) Əsrdən sonra son saatda axtarın”.”

Cabir ibn Abdullah
Səhih

Qeyd

ən-Nəsəi “Sunən” 1372, 1389, 1400. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 8190.

İstinad

Fəzilətli əməllər, 262 (Kitab 6, 6)

Fəzilətli əməllər — Cümə