Cümə gününün fəziləti
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «خَيْرُ يَوْمٍ طَلَعَتْ فِيهِ الشَّمْسُ يَوْمُ الْجُمُعَةِ فِيهِ خُلِقَ آدَمُ) وَفِيهِ أُدْخِلَ الْجَنَّةَ وَفِيهِ أُخْرِجَ مِنْهَا( وَفِيهِ أُهْبِطَ وَفِيهِ تِيبَ عَلَيْهِ وَفِيهِ مَاتَ وَفِيهِ تَقُومُ السَّاعَةُ وَمَا مِنْ دَابَّةٍ إِلاَّ وَهِىَ مُسِيخَةٌ يَوْمَ الْجُمُعَةِ مِنْ حِينَ تُصْبِحُ حَتَّى تَطْلُعَ الشَّمْسُ شَفَقًا مِنَ السَّاعَةِ إِلاَّ الْجِنَّ وَالإِنْسَ وَفِيهِ سَاعَةٌ لاَ يُصَادِفُهَا عَبْدٌ مُسْلِمٌ وَهُوَ يُصَلِّى يَسْأَلُ اللَّهَ حَاجَةً إِلاَّ أَعْطَاهُ إِيَّاهَا». قَالَ كَعْبٌ ذَلِكَ فِى كُلِّ سَنَةٍ يَوْمٌ. فَقُلْتُ بَلْ فِى كُلِّ جُمُعَةٍ. قَالَ فَقَرَأَ كَعْبٌ التَّوْرَاةَ فَقَالَ صَدَقَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ. قَالَ أَبُو هُرَيْرَةَ ثُمَّ لَقِيتُ عَبْدَ اللَّهِ بْنَ سَلاَمٍ فَحَدَّثْتُهُ بِمَجْلِسِى مَعَ كَعْبٍ فَقَالَ عَبْدُ اللَّهِ بْنُ سَلاَمٍ قَدْ عَلِمْتُ أَيَّةَ سَاعَةٍ هِىَ. قَالَ أَبُو هُرَيْرَةَ فَقُلْتُ لَهُ فَأَخْبِرْنِى بِهَا. فَقَالَ عَبْدُ اللَّهِ بْنُ سَلاَمٍ هِىَ آخِرُ سَاعَةٍ مِنْ يَوْمِ الْجُمُعَةِ. فَقُلْتُ كَيْفَ هِىَ آخِرُ سَاعَةٍ مِنْ يَوْمِ الْجُمُعَةِ وَقَدْ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «لاَ يُصَادِفُهَا عَبْدٌ مُسْلِمٌ وَهُوَ يُصَلِّى». وَتِلْكَ السَّاعَةُ لاَ يُصَلَّى فِيهَا. فَقَالَ عَبْدُ اللَّهِ بْنُ سَلاَمٍ أَلَمْ يَقُلْ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنْ جَلَسَ مَجْلِسًا يَنْتَظِرُ الصَّلاَةَ فَهُوَ فِى صَلاَةٍ حَتَّى يُصَلِّىَ». قَالَ فَقُلْتُ بَلَى. قَالَ هُوَ ذَاكَ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Günəşin üzərinə doğduğu ən xeyirli gün Cümə günüdür. O gün Adəm yaradılmış, (həmin gün Adəm yaradılmış, Cənnətə daxil edilmiş və oradan çıxarılmışdır), o gün yer üzünə endirilmiş, o gün tövbəsi qəbul edilmiş və o gün vəfat etmişdir. Qiyamət günü də o gün qopacaq. Cin və insanlardan başqa elə bir canlı yoxdur ki, Cümə günü dan yeri ağarandan günəş çıxana qədər Qiyamətin qopmasına görə qorxu içində gözləməsinlər. Bu gündə elə bir saat var ki, müsəlman bir qul həmin saatda namaz qılarkən Allahdan dilədiyini Allah ona verər”. Kəb dedi: “Bu, hər ildə bir gündür”. Mən dedim: “Xeyr, hər Cümədir”. Kəb Tövratı oxudu və dedi: “Peyğəmbər ﷺ doğru söyləyib”. Əbu Hureyra dedi: “Bundan sonra mən Abdullah ibn Salamla rastlaşdım. Ona Kəblə olan söhbəti dedim. Abdullah ibn Salam dedi: “Mən o saatın hansı saat olduğunu bilirəm”. Əbu Hureyra dedi: “Mən dedim: “Elə isə mənə də söylə!” O dedi: “Cümə gününün son saatıdır”. Mən dedim: “Bu necə ola bilər?! Axı Allah Elçisi ﷺ: “Müsəlman bir qul həmin saatda namaz qılarkən...”- deyib, bu son saatda isə namaz qılınmaz”. Abdullah ibn Səlam dedi: “Allah Elçisi ﷺ: “Namaz qılmaq üçün bir yerdə oturub gözləyən şəxs namaz qılıncaya qədər namazdadır”- deyə buyurmayıbmı?!” Mən: “Bəli”- dedim. O da buyurdu: “Bu da belədir”.”
Qeyd
Əbu Davud, 1048. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1359.
İstinad
Fəzilətli əməllər, 261 (Kitab 6, 5)
Fəzilətli əməllər — Cümə