Cümə namazının fəziləti
عَنْ أَوْسِ بْنِ أَوْسٍ الثَّقَفِىِّ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «مَنْ غَسَّلَ يَوْمَ الجُمُعَةِ وَاغْتَسَلَ، ثُمَّ بَكَّرَ وَابْتَكَرَ وَمَشَى وَلَمْ يَرْكَبْ وَدَنَا مِنَ الإِمَامِ وَاسْتَمَعَ وَأَنْصَتَ وَلَمْ يَلْغُ كانَ لَهُ بِكُلِّ خَطْوَةٍ يَخْطُوهَا مِنْ بَيْتِهِ إِلَى المَسْجِدِ عَمَلُ سَنَةٍ أَجْرُ صِيَامِهَا وَقِيَامِهَا».
“Rəvayət edilir ki, Əus ibn Əus əs-Səqafi ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim Cümə günü yaxşıca yuyunaraq qüsl edər, tezdən məscidə miniksiz, yeriyərək gedər, imama yaxın oturub onu sakitcə dinləyərsə, evdən məscidə qədər atdığı hər addıma görə ona bir illik oruc və bir illik gecə namazı savabı yazılar”.”
Qeyd
Əbu Davud, 345; İbn Macə, 1087. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1388.
İstinad
Fəzilətli əməllər, 266 (Kitab 6, 10)
Fəzilətli əməllər — Cümə