Cümə

Cümə namazının fəziləti

عَنْ سَلْمَانَ الْفَارِسِىِّ قَالَ: قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «لاَ يَغْتَسِلُ رَجُلٌ يَوْمَ الْجُمُعَةِ، وَيَتَطَهَّرُ مَا اسْتَطَاعَ مِنْ طُهْرٍ، وَيَدَّهِنُ مِنْ دُهْنِهِ، أَوْ يَمَسُّ مِنْ طِيبِ بَيْتِهِ ثُمَّ يَخْرُجُ، فَلاَ يُفَرِّقُ بَيْنَ اثْنَيْنِ، ثُمَّ يُصَلِّى مَا كُتِبَ لَهُ، ثُمَّ يُنْصِتُ إِذَا تَكَلَّمَ الإِمَامُ، إِلاَّ غُفِرَ لَهُ مَا بَيْنَهُ وَبَيْنَ الْجُمُعَةِ الأُخْرَى».

“Rəvayət edilir ki, Salman əl-Farisi ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Hər kim Cümə günü qüsl edib bacardığı qədər təmizlənər, (saçlarını) yağlayar və ya evində olan ətirlə ətirlənər, sonra (Cümə namazına) gedər və iki nəfərin arasına ayırmaz, (bir tərəfə çəkilib Allahın) ona yazdığı qədər namaz qılar və bundan sonra imam xütbə verərkən susub dinləyərsə, onun həmin Cümə ilə ötən Cümə arasında olan (kiçik günahları) bağışlanar”.”

Salman əl-Farisi
Səhih

Qeyd

əl-Buxari, 834, 883.

İstinad

Fəzilətli əməllər, 267 (Kitab 6, 11)

Fəzilətli əməllər — Cümə