Cümə namazının fəziləti
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «يَحْضُرُ الْجُمُعَةَ ثَلاَثَةُ نَفَرٍ رَجُلٌ حَضَرَهَا يَلْغُو وَهُوَ حَظُّهُ مِنْهَا وَرَجُلٌ حَضَرَهَا يَدْعُو فَهُوَ رَجُلٌ دَعَا اللَّهَ عَزَّ وَجَلَّ إِنْ شَاءَ أَعْطَاهُ وَإِنْ شَاءَ مَنَعَهُ وَرَجُلٌ حَضَرَهَا بِإِنْصَاتٍ وَسُكُوتٍ وَلَمْ يَتَخَطَّ رَقَبَةَ مُسْلِمٍ وَلَمْ يُؤْذِ أَحَدًا فَهِىَ كَفَّارَةٌ إِلَى الْجُمُعَةِ الَّتِى تَلِيهَا وَزِيَادَةُ ثَلاَثَةِ أَيَّامٍ وَذَلِكَ بِأَنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَقُولُ }مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا{».
“Abdullah ibn Amr ibn əl-As ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cüməyə üç qisim insan gəlir; biri o kimsədir ki, gəlib (xütbə zamanı) danışır. Onun nəsibi sadəcə budur. Başqa birisi o kimsədir ki, gəlib (xütbə zamanı) dua edir. Bu, Allaha ﷿ dua edən kimsədir. Allah istəsə, ona (dilədiyini) verər, istəməsə də verməz. Həmçinin o kimsədir ki, gəlib heç bir müsəlmanın çiyni üzərindən keçmədən və heç kəsə əziyyət vermədən sakitcə (xütbəni dinləyir). Bu, (onun üçün) növbəti Cüməyədək və əlavə üç günlük günahlara kəffarədir, çünki Allah belə buyurur: “Kim (Qiyamət günü) yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər” (əl-Ənam, 160)”.”
Qeyd
Əbu Davud, 1113, 1115. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 8045.
İstinad
Fəzilətli əməllər, 269 (Kitab 6, 13)
Fəzilətli əməllər — Cümə