Cümə

Cümə günü deyilən salavat

عَنْ أَنَسٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَكْثِرُوا الصَّلاَةَ عَلَىَّ يَوْمَ الْجُمُعَةِ فإنه أتاني جبريل آنفا عن ربه عَزَّ وَجَلَّ فقال ما على الأرض من مسلم يصلي عليك مرة واحدة إلا صليت أنا وملائكتي عَلَيْهِ عَشْرًا».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Cümə günü mənə çoxlu salavat deyin! Həqiqətən, Cəbrail indicə Rəbbimin ﷿ dərgahından yanıma gəlib Allahın belə dediyini çatdırdı: “Yer üzərində sənə bir dəfə salavat deyən elə bir müsəlman yoxdur ki, Mən və mələklərim ona on dəfə salavat etməyək”.”

Ənəs
Həsən

Qeyd

əl-Munziri “Tərğib vət-Tərhib” 2568. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1662.

İstinad

Fəzilətli əməllər, 277 (Kitab 6, 21)

Fəzilətli əməllər — Cümə